Qərbi Azərbaycan Xronikası: “Aşağı Necili sakinləri daim ermənilərin ayrı-seçkiliyi ilə üzləşiblər”

Qərbi Azərbaycan Xronikası: “Aşağı Necili sakinləri daim ermənilərin ayrı-seçkiliyi ilə üzləşiblər”






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Cənubi Qafqaz, #Deportasiya, #Ermənistan, #İlham Əliyev, #İmişli, #İrəvan, #Milli Məclis, #SSRİ, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Jurnalist Rufik İsmayılovun müsahibi Milli Məclisin deputatı, Əməkdar jurnalist Səyyad Aran olub.

O, ata-baba yurdu Aşağı Necili kəndindən söhbət açıb. Bildirib ki, İrəvan şəhərinin yaxınlığında, Zəngi çayının sahilində yerləşən bu kənd tarixən Azərbaycan türklərinin yaşayış məskəni olub. XX əsrin əvvəlində İrəvan əhalisinin 70 faizini azərbaycanlılar təşkil edib. Lakin ötən əsrdə baş verən soyqırımı və deportasiyalar nəticəsində Qərbi Azərbaycanın əzəli sakinləri dəfələrlə didərginlik həyatı yaşayıb, öz ev-eşiklərini itirmək məcburiyyətində qalıblar. Sonradan bu evlərdə xaricdən gətirilən ermənilər məskunlaşdırılıblar. Bu siyasət SSRİ dövründə üstüörtülü şəkildə davam etdirilib. Aşağı Necili sakinləri də daim ermənilərin ayrı-seçkiliyi ilə üzləşiblər. 1988-ci ilin deportasiyasında isə bütün Qərbi Azərbaycan, o cümlədən Aşağı Necili kəndi birdəfəlik azərbaycanlılardan təmizlənib, Ermənistan monoetnik dövlətə çevrilib.

Millət vəkili S.Aran 1948-1953-cü illərin deportasiyasında Azərbaycanın İmişli, Beyləqan rayonlarına köçürülən soydaşlarımızın ağır şəraitdə yaşamasına, müxtəlif xəstəliklərə yoluxaraq həyatlarını itirmələrinə toxunub. Qeyd edib ki, dağ camaatını kütləvi şəkildə aran zonasına köçürmək bir xalqa qarşı törədilmiş məqsədli soyqırımıdır. Müsahib Qərbi Azərbaycan İcmasının yenidən təşkilatlanmasından sonra həyata keçirilən tədbirlərdən, Prezident İlham Əliyevin qətiyyətli siyasətindən, soydaşlarımızda tarixi vətənə qayıtmaq və torpaqlarımıza sahib çıxmaq ümidinin artmasından da danışıb. O söyləyib ki, tezliklə Qərbi azərbaycanlılar ata-baba yurduna qayıdacaqlar.

Millət vəkili SSRİ dövründə Ermənistan iqtisadiyyatının Azərbaycandan asılı olduğunu diqqətə çatdıraraq, gələcəkdə də İrəvanın Bakıya möhtac olacağını vurğulayıb. O bildirib ki, Cənubi Qafqazın qüdrətli dövlətinə çevrilən Azərbaycanla düşmənçilik etmək heç bir ölkəyə xeyir gətirməz.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Ətraflı Baku TV-nin süjetində:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv