AZAL ilə “Uzbekistan Airways” arasında kod-şerinq müqaviləsi imzalanıb

AZAL ilə “Uzbekistan Airways” arasında kod-şerinq müqaviləsi imzalanıb






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Hava Yolları, #Nəqliyyat, #Özbəkistan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanın milli aviadaşıyıcısı AZAL ilə Özbəkistanın flaqman daşıyıcısı “Uzbekistan Airways” arasında yeni kod-şerinq müqaviləsi imzalanıb. Bu müqavilə Azərbaycan ilə Özbəkistan arasında səyahətlər üçün yeni imkanlar açır.

presstvaz xəbər verir ki, kod-şerinq müqaviləsi aviaşirkətlər arasında əməkdaşlıq formasında bağlanır. Bu, onlara birgə uçuşlar həyata keçirmək, tərəfdaşın reyslərində öz kodları ilə bilet satmaq və sərnişinlərə daha geniş marşrut və seçim təqdim etmək imkanı verir.

Yeni əməkdaşlıq sərnişinlərə Bakı ilə Daşkənd və Daşkəndlə Bakı arasında səyahətlərini planlaşdırarkən daha çox rahatlıq təqdim edir. İndi səyahətçilər hər iki aviaşirkət tərəfindən həyata keçirilən həftədə doqquz uçuş arasında ən uyğun variantı seçə bilərlər.

Həmçinin müqavilə tranzit sərnişinlər üçün imkanları genişləndirir, Bakı və Daşkənddəki hava limanları vasitəsilə daha rahat bağlantılar ilə beynəlxalq marşrutlara çıxışı asanlaşdırır.

Bundan əlavə, “Uzbekistan Airways” aviaşirkətinin sərnişinləri Özbəkistanın ikinci mühüm turizm və mədəniyyət mərkəzindən komfortlu və rahat uçuşlar üçün “Azərbaycan Hava Yolları”nın Bakı-Səmərqənd-Bakı marşrutunda təqdim etdiyi imkanlardan yararlana biləcəklər.

“Uzbekistan Airways” ilə bu tərəfdaşlıq aviaşirkətlərin təkcə marşrut şəbəkəsini genişləndirmək deyil, həm də ölkələrimiz arasında əlaqələri daha da gücləndirmək istəyini nümayiş etdirir. Sərnişinlərimizə daha çox rahatlıq, çeviklik və yeni səyahət istiqamətləri təqdim etməkdən məmnunuq. Bu müqavilə Azərbaycan ilə Özbəkistan arasında daha sıx əməkdaşlıq, turizmin inkişafı və dostluğun möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımdır”, – deyə “Azərbaycan Hava Yolları”nın baş kommersiya inzibatçısı Cəmil Manizadə bildirib.

“Uzbekistan Airways”in İdarə Heyətinin ticarət və turizm üzrə sədr müavini Şuxrat Yadqarov isə qeyd edib: “Hər yeni razılaşma ilə biz şəhərlərimizi və mədəniyyətlərimizi daha da yaxınlaşdırırıq. AZAL ilə imzalanan kod-şerinq müqaviləsi həm sərnişinlər üçün rahatlıq, həm də Özbəkistan ilə Azərbaycan arasında dostluq və açıqlığın rəmzidir. Əminik ki, bu əməkdaşlıq yeni səyahət imkanları yaradacaq və xalqlarımızın daha da yaxınlaşmasına töhfə verəcək”.

Saziş iki ölkə arasında nəqliyyat əlaqələrinin gücləndirilməsi, biznes və turizm mübadiləsinin inkişafı, həmçinin iki milli aviadaşıyıcının səylərini birləşdirərək sərnişinlərə xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addım hesab edilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv