Azərbaycanda övlad sahiblənmək çətin prosesdir?

Azərbaycanda övlad sahiblənmək çətin prosesdir?






presstv

"Presstv"az #Ailə, #Azərbaycan, #Ədliyyə Nazirliyi, #İlham Əliyev, #Məhkum, #Sağlamlıq, #Təhsil, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda təkuşaqlılıq üstünlük təşkil etsə də, övlad sahibi olmayan ailələr var. Əksər hallarda bu ailələrin gileyləndiyi ortaq mövzunu müşahidə edirik: “Ölkəmizdə övlad sahiblənmək çətindir, proses çox qəlizdir” və sair. Bürokratik əngəllərin olduğunu iddia edənlərə də rast gəlmək mümkündür.

Maraqlıdır, həqiqətənmi Azərbaycanda övlad sahiblənmək çətin prosesdir? Bundan əlavə, övladlığa uşaq götürmək üçün hansı sənədlər lazımdır?

Sosial Xidmətlər Agentliyi mövzu ilə bağlı Oxu.Az-ın sorğusunu cavablayıb.

Qurumdan bildirilib ki, ötən dövrdə 733 uşaq övladlığa verilib ki, onlardan da 368-i oğlan, 365-i qızdır:

“Prezident İlham Əliyevin Fərmanı əsasında 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Bundan sonra “Valideyn-himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi yaradılmaqla övladlığagötürmə sahəsində idarəetmə təkmilləşdirilib, bu sahədə yeni müasir idarəetmə mexanizmi yaradılıb. Övladlığagötürmə prosesinin elektronlaşdırılması, əlçatanlığı, operativliyi və şəffaflığı təmin olunub.

Övladlığagötürmə prosesi üç mərhələdə həyata keçirilir. Valideyn-namizədin uçota alınması, övladlığagötürmənin uşağın mənafeyinə uyğunluğunun yoxlanılması və məhkəmə qərarının verilməsi”.

Məlumatda qeyd olunub ki, övladlığa uşaq götürmək istəyən valideyn-namizəd onunla birgə yaşayan 18 yaşdan yuxarı olan şəxslər ilə birlikdə notariat orqanına müraciət edir və övladlığagötürmə ilə bağlı ərizəsi alınır.

“Notarial qaydada təsdiq edilən ərizə Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə altsistemə ötürüldükdən sonra valideyn-namizəd tərəfindən övladlığagötürmə ilə bağlı müraciət etmək üçün Nazirliyin “e-sosial.az” internet portalında “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığa götürmə altsistemi”ndə qeydiyyatdan keçməklə şəxsi kabinet yaradılır.

Şəxsi kabineti yaradaraq qeydiyyatdan keçən şəxslər müvafiq xəstəliklərin olub-olmamasına dair (psixiatrın rəyi də daxil olmaqla) əyani tibbi müayinəsi əsasında əldə edilən sənədləri altsistemə daxil edirlər. Şəxsi kabinetdə valideyn-namizəd müraciət bölməsini dolduraraq təsdiq edir və baxılmaq üçün Sosial Xidmətlər Agentliyinə yönəldilir.

Müraciət Agentlik tərəfindən təsdiq edildikdən sonra valideyn-namizəd uçota alınmış hesab olunur. Valideyn-namizədin müraciətinin uçota alınmasına qanunvericiliyə zidd olan hallar aşkar olunduqda imtina edilir və valideyn-namizəd digər mərhələlərə buraxılmır.

Uçota alınma zamanı müraciətin qanunvericiliyin tələbinə uyğunluğunun müəyyən edilməsi üçün aşağıdakı məlumatlar yoxlanılır:

– fərdi məlumatlar;

– sağlamlıq vəziyyəti barədə məlumatlar;

– təhsili (peşəsi), iş yeri, vəzifəsi barədə məlumatlar;

– məhkumluğu barədə məlumat;

– yaşayış şəraiti, gəlirləri və öhdəlikləri barədə məlumatlar;

– övladlığa götürmək istəyən şəxsin əvvəllər övladlığa götürən şəxs olub-olmamasına dair məlumatlar”.

Məlumatda əlavə olunub ki, övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi mərhələsi qanunvericiliklə müəyyən edilmiş müddətdə aşağıdakı qaydada həyata keçirilir:

“Valideyn-namizəd(lər) bir mərhələdən uğurla keçmirsə, müraciətindən imtina edilir. Uçota alınmış valideyn-namizəd(lər)lə 10 (on) iş günü müddətində valideyn-namizədlə onun yaşayış yerində müsahibə və maddi-məişət şəraitinin müayinəsi həyata keçirilir. Müsahibədən və maddi-məişət şəraitinin müayinəsindən keçmiş valideyn-namizəd müddəti 30 (otuz) gündən çox olmayan təlimlərə cəlb edilir. Uşaq təlimi uğurla tamamlayan valideyn-namizədin ailəsində 3 (üç) ay sınaq müddətində müvəqqəti yerləşdirilir.

Sınaq müddətinin sonunda övladlığagötürmə ilə bağlı bütün mərhələlərin nəticəsinə uyğun olaraq övladlığagötürmənin əsaslandırılması və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında 7 (yeddi) iş günü müddətində rəy hazırlanır və məhkəmə qərarı ilə proses yekunlaşır. Məhkəmənin qərarı əsasında övladlığagötürülən uşaq övladlığagötürmənin birinci ildə hər rübdə bir dəfə olmaqla (cəmi dörd dəfə) və sonrakı illərdə uşaq 18 yaşına çatana qədər ildə ən azı bir dəfə monitorinq edilir”.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv