İranın raket hücumu zamanı Təl-Əvivdəki ABŞ səfirliyi zərər gördü

İranın raket hücumu zamanı Təl-Əvivdəki ABŞ səfirliyi zərər gördü






presstv

"Presstv"az #ABŞ, #Danimarka, #İran, #İsrail, #Təl-Əviv

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Təl-Əvivdə ABŞ səfirliyinin yaxınlığına raket düşüb.

presstvaz xəbər verir ki, bu barədə İsrailin “Ynet” portalı məlumat yayıb.

“Raketlərdən biri ABŞ səfirliyi kompleksinin ərazisinə yaxın bir yerə düşüb”, – deyə məlumatda bildirilir.

Portal raketin hansı ölkəyə məxsus olduğunu açıqlamayıb.

Öz növbəsində ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi bildirib ki, yaxınlıqda baş verən partlayış nəticəsində səfirlik az miqdarda zərər görüb, lakin heyət üzvləri arasında xəsarət alan olmayıb.

Bundan əvvəl Təl-Əvivdə Danimarka səfirinin yaşadığı çoxmərtəbəli binaya İranın atdığı raket düşüb. Danimarkanın İsraildəki səfiri Tomas Vinkler “Facebook” hesabında bildirib ki, təhlükəsiz sığınacaqda olduğu üçün o, xəsarət almayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv