İsrailin zərbələri nəticəsində İranda ölənlərin sayı 200 nəfəri ötüb

İsrailin zərbələri nəticəsində İranda ölənlərin sayı 200 nəfəri ötüb






presstv

"Presstv"az #Hadisə, #Hərbi Hava Qüvvələri, #İran, #İsrail, #İsrail Müdafiə Qüvvələri, #Qırıcı təyyarə, #Səhiyyə Nazirliyi, #Tehran, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı artıb.

presstvaz xəbər verir ki, məlumatı İranın Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, indiyədək İsrailin hücumları nəticəsində İranda 224 nəfər həlak olub.

00:06

İsrail ordusu İran Xarici İşlər Nazirliyinə məxsus binalardan birini vurub.

presstvaz xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Səid Xətibzadə “X” sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, diplomatik nümayəndəliyin əməkdaşları da daxil olmaqla, bir neçə mülki şəxs xəsarət alıb.

15 iyun, 22:48

İsrail Hərbi Hava Qüvvələri İranın qərbində “yer-yer” tipli raketlərlə əlaqəli onlarla hədəfə zərbələr endirib.

presstvaz xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mətbuat xidməti məlumat yayıb.

Zərbənin təfərrüatı barədə digər məlumatlar verilməyib.

19:48

İsrailin hücumları nəticəsində İranda azı 128 nəfər həlak olub.

presstvaz xəbər verir ki, bu barədə AFP ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilir ki, həlak olanlar arasında qadın və uşaqlar da var.

16:24

İsrailin 50 qırıcı təyyarəsi bazar günü gecə Tehranda İranın nüvə layihəsi ilə bağlı obyektlərə hücum edib.

presstvaz xəbər verir ki, bu barədə İsrail Ordusunun Mətbuat Xidməti məlumat yayıb.

“Hücum İran Müdafiə Nazirliyinin qərargahı, nüvə layihəsinin mənzil-qərargahı və İran rejiminin nüvə arxivini gizlətdiyi digər obyektlər də daxil olmaqla 80-dən çox hədəfə şamil edilib”, – deyə məlumatda bildirilir.

İsrail Müdafiə Ordusu üç gündən az müddətdə İranda 170-dən çox hədəfə və 720-dən çox hərbi infrastruktur obyektinə hücum edib.

09:06

İsrail Hərbi Hava Qüvvələri Tehranda bir sıra hədəflərə qarşı genişmiqyaslı hava hücumları həyata keçirib.

presstvaz xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) Mətbuat Xidməti məlumat yayıb.

“Bir qədər əvvəl İsrail Hərbi Hava Qüvvələri İran rejiminin nüvə silahı hazırlama layihəsi ilə əlaqəli bir sıra hədəflərə qarşı genişmiqyaslı kəşfiyyat xarakterli zərbələr endirib”, – deyə açıqlamada qeyd olunur.

Hücumların əsas hədəfləri İran Müdafiə Nazirliyinin və Müdafiə İnnovasiyaları və Tədqiqatlar Təşkilatının qərargahları olub.

Bundan əlavə, Tehranda yerləşən yanacaq çənləri də zərbələrə məruz qalıb.

15 iyun, 03:52

İsrailin Tehrana endirdiyi hava zərbələri İran Müdafiə Nazirliyinin qərargahını hədəf alıb.

presstvaz xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat verib.

Hücum nəticəsində müdafiə naziri Əziz Nəsirzadənin öldürüldüyü ehtimal edilir.

Qeyd edilir ki, nazirliyin inzibati binalarından birinə cüzi ziyan dəyib.

15 iyun, 01:54

İsrail Tehranda iki neft anbarına zərbə endirib, hər iki yerdə yanğın başlayıb.

presstvaz xəbər verir ki, bu barədə İranın “Fars” xəbər agentliyi məlumat verib.

Kan və Şəhran bölgələrindəki neft anbarlarına zərbələr endirilib. Zərbələrin nəticələrini aradan qaldırmaq üçün hadisə yerində fövqəladə xidmətlər işləyir. Mümkün tələfat və yaralananlar barədə məlumat verilmir.

15 iyun, 00:54

İsrail Hərbi Hava Qüvvələri (HHQ) Tehrandakı hərbi obyektlərə zərbələr endirməyə başlayıb.

presstvaz TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu (SAXAL) məlumat verib.

Qeyd olunub ki, İsrail ordusu eyni vaxtda İrandan ölkələrinin ərazisinə atılan raketlərin qarşısını almaq üçün çalışır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv