Azərbaycanın yeniyetmələrdən ibarət sərbəst güləş millisi Avropa çempionu olub

Azərbaycanın yeniyetmələrdən ibarət sərbəst güləş millisi Avropa çempionu olub






presstv

"Presstv"az #Avropa, #Azərbaycan, #Ermənistan, #Gürcüstan, #Hakim, #Rusiya, #Sərbəst güləş, #Türkiyə, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanın sərbəst güləş millisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-17 Avropa çempionatında komanda hesabında birinci olub.

presstvaz xəbər verir ki, Azərbaycan yığması qitə birinciliyində uğurlu çıxış edərək 6 medal qazanıb.

Güləşçilərimiz 3 qızıl, 1 gümüş və 2 bürünc medal əldə ediblər.

Bu nəticə ilə 151 xal toplayan millimiz növbəti dəfə Avropa çempionu olub. Ukrayna 144 xalla ikinci, Gürcüstan isə 116 xalla üçüncü yeri tutub.

Xatırladaq ki, böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında Rəvan Həsənzadə (48 kq), Ruslan Əlizadə (55 kq) və Səid Paşayev (92 kq) qızıl, Həsən Həsənov (60 kq) gümüş, Ramal Mirhüseynov (51 kq) və Hakim Tağıyev (110 kq) isə bürünc medal qazanıb.

15 iyun, 23:00

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən güləş üzrə U17 Avropa çempionatı sona çatıb.

presstvaz xəbər verir ki, bu gün sərbəst güləş üzrə 45, 51, 60, 71 və 92 kq-da qaliblər müəyyənləşib.

Ömər Usubov (45 kq) bürünc medal görüşündə ermənistanlı Aren Piruzyana 2:12 hesabıyla məğlub olaraq 5-ci yerlə kifayətlənib.

Ramal Mirhüseynov (51 kq) təsəlliverici görüşdə türkiyəli Buğra Kavakı çətinliklə də olsa, üstələməyi bacarıb – 2:1. Həmyerlimiz bürünc medal uğrunda qarşılaşmada isə ermənistanlı Vahan Azaryana gücünü göstərib – 10:6.

Həsən Həsənov (60 kq) finalda ukraynalı Zorab Aloyevlə gərgin keçən mübarizədə minimal fərqlə (4:5) uduzub və gümüş medalı boynundan asıb.

Səid Paşayev (92 kq) isə həlledici görüşdə rusiyalı Abdurazak Şabanovla üz-üzə gəlib. Nəfəskəsən mübarizədən 6:5 hesablı qələbəylə ayrılan Paşayev növbəti dəfə Avropa çempionu olub. Maraqlıdır ki, ötən il yunan-Roma güləşində qitənin ən güclüsü ünvanına sahib çıxan Səid bu dəfə eyni uğura sərbəst güləşdə imza atıb.

Beləliklə, Azərbaycan millisi Avropa çempionatını 3 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub. Ötən gün Rəvan Həsənzadə (48 kq) və Ruslan Əlizadə (55 kq) çempion olub, Hakim Tağıyev (110 kq) isə üçüncü yeri tutub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv