1990-cı illərdən bəri görünməmiş hal: Rusiyadan on minlərlə alim qaçır – Kəşfiyyat

1990-cı illərdən bəri görünməmiş hal: Rusiyadan on minlərlə alim qaçır – Kəşfiyyat






presstv

"Presstv"az #ABŞ, #Almaniya, #Dövlətə xəyanət, #Ermənistan, #Məhkum, #Qazax, #Qazaxıstan, #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyadan alimlərin kütləvi şəkildə köçməsi "beyin axını"nın miqyasını 1990-cı illərin səviyyəsinə çatdırıb. 

presstvaz xəbər verir ki, bu barədə məlumatı Ukrayna Xarici Kəşfiyyat Xidməti yayıb.

Ukrayna kəşfiyyatının məlumatına görə, son altı il ərzində Rusiyadan 60 min nəfərdən çox tədqiqatçı ölkəni tərk edib. Onların böyük əksəriyyəti fizika, riyaziyyat, astronomiya və kibernetika sahəsində çalışan mütəxəssislərdir. Ən çox üz tutulan ölkələr sırasına Almaniya, ABŞ və İsveçrə daxildir. Bununla yanaşı, Ermənistan, BƏƏ və Qazaxıstan kimi daha "ekzotik" istiqamətlər də populyarlaşmağa başlayıb.

Məlumata əsasən, Rusiyada hər il alimlərin təxminən 1%-i ölkəni tərk edir, bu isə son 25 il ərzində görünməmiş göstəricidir. Əsas səbəblərdən biri Kremlin alimlərə qarşı tətbiq etdiyi repressiyalar və elmi dairələrin təqibə məruz qalmasıdır.

Ukrayna kəşfiyyatının bildirdiyinə görə, rusiyalı alimlər ya həbs olunur, ya da qeyri-müəyyən şəraitdə həyatlarını itirirlər. Məsələn, "İskəndər" raket kompleksinin layihələndirilməsində iştirak etmiş mühəndislərdən biri yaxınlarda müəmmalı şəkildə ölüb – ölümünün "qara maklerlər" tərəfindən törədildiyi iddia edilib. Digər nümunələr arasında isə 77 yaşlı fizik dövlətə xəyanət ittihamı ilə, bir hidroloq isə 20 il əvvəl baş vermiş qətldə ittiham olunaraq məhkum edilib.

Kəşfiyyat nümayəndələri qeyd edirlər ki, Rusiyada elmi mühit təcridə, qorxuya və tənəzzülə sürüklənir. Kremlin siyasəti sistematik şəkildə elmin məhvinə yönəlib./Qayanrinfo 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv