Yatmaqda çətinlik çəkirsiniz? – Alimlərin tövsiyə etdiyi bu üsul

Yatmaqda çətinlik çəkirsiniz? – Alimlərin tövsiyə etdiyi bu üsul






presstv

"Presstv"az #Araşdırma, #Həkim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yuxusuzluqdan əziyyət çəkirsinizsə, alimlərin də təsdiqlədiyi və yuxuya getməyə kömək edən sadə, lakin təsirli bir ayaq üsulunu sınamağın vaxtı çatıb.

presstvaz xəbər verir ki, yatmaqda çətinlik müxtəlif tibbi səbəblərlə əlaqəli ola bilər. Bu səbəbləri müəyyənləşdirmək və müalicə etmək üçün mütəxəssis həkimə müraciət etmək vacibdir. Lakin bu prosesin yanında, yuxuya getməyə dəstək ola biləcək bəzi üsullar da mövcuddur. Alimlər yuxusuzluqdan əziyyət çəkən insanlara bu üsulları yoxlamağı məsləhət görürlər.

Alimlərin fikrincə, bu üsullardan biri ayaq hərəkətinə əsaslanan, sadə, lakin ağıllı bir hiledir. "Journal of Physiological Anthropology" jurnalında 2023-cü ildə dərc edilmiş bir araşdırmaya əsasən, yalnız bir ayağı yorğanın çölünə çıxararaq yatmaq sadəcə qəribə bir vərdiş deyil, əslində bir növ yuxu texnikasıdır.

Bu texnikanın təsirli olmasının səbəbi isə bədənin temperaturunun aşağı düşməsinin yuxu vaxtının gəldiyini göstərən əsas bioloji siqnallardan biri olmasıdır. Belə ki, ayağınızdan keçən qan, açıq havada soyuduqdan sonra bədənə qayıtdıqda, bədən yuxuya getmək zamanının gəldiyini anlayır və sirkadiyen ritmi tənzimləyən kimyəvi maddələr işə düşür.

Bəs niyə qol və ya baş da yorğanın xaricində qaldıqda eyni effekt yaranmır? Niyə məhz ayaq?

Çünki ayaq altlarında istiliyi sürətlə xaric etməyə uyğunlaşmış xüsusi qan damarları yerləşir. Yalnız bir ayağı daha sərin havaya məruz qoymaq bədən temperaturunun enməsinə kömək edir. Bu temperatur azalması isə melatonin hormonunun səviyyəsini artırır, yuxuya getmə müddətini azaldır və ümumi yuxu keyfiyyətini yaxşılaşdırır.

Əgər yatmaqda çətinlik çəkirsinizsə və bunun tibbi bir səbəbdən qaynaqlandığını düşünürsünüzsə, mütləq həkimlə məsləhətləşməyiniz tövsiyə olunur. Lakin yuxunuza təbii yolla dəstək vermək istəyirsinizsə, elmi jurnalda yayımlanmış bu sadə "ayaq texnikası"nı da nəzərdən keçirməyə dəyər./qaynarinfo


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv