Nərimanov rayonunda Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Nərimanov rayonunda Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib






presstv

"Presstv"az #Azərbaycan, #Bələdiyyə, #Hakim, #Heydər Əliyev, #İlham Əliyev

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Rayon rəhbərliyi, millət vəkilləri və ziyalıların iştirak etdiyi tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin xilaskarı, memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, qurtuluş gününün əhəmiyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, YAP Nərimanov təşkilatının sədri Elçin Quliyev, Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev, millət vəkilləri və digər natiqlər çıxış edərək bildirmişdirlər ki, 15 iyun Azərbaycan xalqı üçün böyük əhəmiyyətə malik tarixi bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa-dayaq olan ulu öndər Heydər Əliyev olmuşdur. Onlar ulu öndərin xalqımıza bəxş etdiyi müstəqilliyin Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən müdrik siyasət sayəsində daha da möhkəmləndirildiyini, Azərbaycanın artıq regionun gündəliyini diktə edən dövlətə, dünya güclərinin hesablaşdığı bir qüvvəyə çevrildiyini vurğulayıblar.

Tədbirə bədii hissə ilə yekun vurulub.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv