İsrail prezidenti İrana zərbələrlə bağlı danışdı

İsrail prezidenti İrana zərbələrlə bağlı danışdı






presstv

"Presstv"az #Ballistik raket, #İran, #İsrail, #Tehran, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İsrail Prezidenti İsxak Hersoq İran ərazisinə zərbələr endirməklə ölkəsinin yəhudi xalqının varlığına qarşı təhdidləri neytrallaşdırmaq üçün məqsədyönlü əməliyyata başladığını bildirib.

presstvaz-ın xəbərinə görə, bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, son onilliklər ərzində qlobal terror imperiyasının sükanı arxasında dayanan İran rejimi öz himayədarlarının köməyi ilə regionu radikallaşdırmaqda və sabitliyi pozmaqda davam edib, öz hərbi nüvə potensialını artırmaq və ballistik raket arsenalını genişləndirmək üçün yorulmadan çalışıb.

O, həmçinin İranı İsrail dövlətini məhv etmək niyyətində və bu planları reallıqda həyata keçirməyə çalışmaqda ittiham edib.

“İsrailin özünü müdafiə etmək üçün sarsılmaz hüququ və müqəddəs vəzifəsi var – və hər zaman bunu qəti və aydın şəkildə edəcək. Biz səmimi şəkildə ümid edirik ki, bu, regionumuzun inkişaf trayektoriyasını daha dinc və firavan gələcəyə doğru dəyişəcək”, – deyə Hersoq paylaşımda yazıb.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın bir sıra nüvə obyektlərinə və paytaxt Tehrana zərbələr endirib. Güman ki, bir neçə yüksək rütbəli hərbçi və nüvə alimi öldürülüb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv