Xronika: “Ermənistanın Milli Arxivindən materiallar Azərbaycana verilib”

Xronika: “Ermənistanın Milli Arxivindən materiallar Azərbaycana verilib”






presstv

"Presstv"az #Araşdırma, #Azərbaycan, #Bakı, #Deportasiya, #Ermənistan, #İlham Əliyev, #İrəvan, #Məhkum, #Qərbi Azərbaycana qayıdış, #Vəzifə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

“Ermənistan arxivindən mühüm sənədlər Azərbaycanın əlinə keçdi” adlı süjetdə Ermənistanın Milli Arxivindən Qərbi Azərbaycanla bağlı materialların Azərbaycana verilməsindən bəhs olunub.

Bildirilib ki, rəsmi Bakının Qərbi Azərbaycana qayıdış strategiyasında praktiki addımlarını sürətləndirməsi fonunda belə bir məlumatın ortaya çıxması İrəvanda narahatlığı artırıb.

“168.am” saytı, “Hraparak” nəşri yazır ki, Ermənistanın təhlükəsizlik orqanları məsələni elektron poçt ünvanlarının izlənməsi zamanı aşkarlayıblar. Azərbaycana verilən materiallar XIX və XX əsrin əvvəllərində Ermənistandakı azərbaycanlı əhalinin sayı və yerləşməsi ilə bağlıdır. Bu materiallar məxfi olmasa da, onların pul müqabilində verilməsi cinayət sayılır. Arxivin keçmiş direktor müavini Sonya Mirzoyana qarşı ittihamlar irəli sürülüb və o, işdən çıxarılaraq ev dustaqlığına məhkum edilib. Ermənistan Milli Arixivinin keçmiş direktoru Amatuni Virabyan bildirib ki, qaydalara görə arxiv idarəsi istənilən şəxsin müraciətinə, o cümlədən, Azərbaycan vətəndaşlarına məlumat verməyə borcludur, bunlar o qədər də məxfi materiallar deyil”.

Qeyd olunub ki, Azərbaycan tərəfindən bununla bağlı rəsmi reaksiya yoxdur: “Ermənistan mediasında arxiv materialların Azərbaycana ötürülməsi ilə bağlı yayılan məlumatların doğruluğu mübahisəlidir. Lakin doğrudan da Qərbi azərbaycanlılarla bağlı materiallar Ermənistan arxivindən əldə edilibsə, bu, Azərbaycan dövlətinin Qərbi Azərbaycan strategiyasında mühüm addımlardan biri hesab oluna bilər”.

Sonda vurğulanıb ki, Azərbaycanın Ermənistanın Milli Arxivindən Qərbi azərbaycanlılarla bağlı materialları əldə edə biləcək qədər güclü olduğu bir daha təsdiq olunur: “Azərbaycan Qərbi azərbaycanlıların deportasiya edilməsi ilə bağlı yeni faktlar əldə edir və bu, Ermənistan qarşısında mövqelərimizi gücləndirən amildir. Bütün bunlar tarixi torpaqlarımıza – Qərbi Azərbaycana qayıdışın hər keçən gün bir qədər də yaxınlaşmasından xəbər verir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv