Cənubi Afrikada yağan qar 60-a yaxın insanın həyatına son qoydu

Cənubi Afrikada yağan qar 60-a yaxın insanın həyatına son qoydu






presstv

"Presstv"az #Ailə, #Qeyri-sabit hava şəraiti

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Cənubi Afrikada son üç gündə davam edən qar, leysan yağışları və daşqınlarla müşayiət olunan qeyri-sabit hava şəraiti nəticəsində azı 57 nəfər həyatını itirib.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə Cənubi Afrika Respublikasının Kooperativ İdarəetmə və Ənənəvi İşlər İdarəsi xəbər yayıb.

Bildirilir ki, ölənlərin əksəriyyəti Şərqi Keyp vilayətindən olublar.

“İtkin düşənlər də var. Axtarış-xilasetmə işləri davam etdiyi üçün qurbanların sayının artacağı istisna edilmir”, – deyə qurumdan vurğulanıb

Məlumata görə, Şərqi Keyp və Kvazulu-Natal vilayətlərində minlərlə ailə evsiz qalıb, 150-dən çox məktəbin binası zərər görüb və dərslər dayandırılıb.

Qeyd edək ki, Cənubi Afrikada soyuq hava şəraiti bazar ertəsindən başlayıb. Bir sıra bölgələrdə gecə temperatur mənfi dərəcələrə enib. Sinoptiklərin xəbərdarlığına görə, Cənubi Afrikada bu ilin qışı son onillikdə müşahidə olunan ən sərt qışlardan biri ola bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv