Sakit okeanda göyərtəsində üç min avtomobil olan gəmi bir həftədir yanır

Sakit okeanda göyərtəsində üç min avtomobil olan gəmi bir həftədir yanır






presstv

"Presstv"az #ABŞ, #Alyaska, #Avto, #Çin, #Gəmi, #Meksika

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Alyaska yaxınlığında Sakit Okeanda bir həftə əvvəl alovlanan “Morning Midas” yük daşıyıcı gəmisi suyun üzərində yanmağa davam edir.

presstvaz xəbər verir ki, bu barədə “Carscoops” məlumat verib.

ABŞ Sahil Mühafizəsi xilasetmə əməliyyatının təhlükəsizliyini təmin etmək və zərəri minimuma endirmək üçün gəmi sahibi ilə sıx əməkdaşlıq etdiklərini bildirib.

İdarədən vurğulanıb ki, hazırda yanğının tam aradan qaldırılması, həmçinin gəminin təhlükəsiz akvatoriyaya yedəklənməsinin təşkili davam etdirilir.

Yük daşıyıcısında üç mindən çox avtomobil var ki, onlardan 681-i hibrid, 70-i isə elektromobildir.

Xatırladaq ki, iyunun 5-də Sakit Okeanın mərkəzi hissəsində göyərtəsində 3000-dən çox avtomobilin olduğu gəmi yanmağa başlayıb.

“Morning Midas” avtomobil daşıyıcısı mayın 26-da Çin limanını tərk edərək Meksikaya yola düşüb.

Gəminin göyərtəsində 22 ekipaj üzvü yanğını özbaşına söndürməyə cəhd etsə də, buna nail ola bilməyiblər. ABŞ Sahil Mühafizəsi dənizçiləri başqa gəmiyə təxliyə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv