“Google” əməkdaşlarına işdən könüllü çıxmaq üçün pul ödəməyə başladı

“Google” əməkdaşlarına işdən könüllü çıxmaq üçün pul ödəməyə başladı






presstv

"Presstv"az #ABŞ, #Google, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Google” ABŞ-də yerləşən əsas bölmələrinin əməkdaşları üçün könüllü istefa qarşılığında kompensasiya proqramını genişləndirib.

presstvaz-ın “The Verge” nəşrinə istinadla məlumatına görə, proqram artıq “DeepMind”, “Google Cloud”, “YouTube” və reklam bölməsinin əməkdaşlarını da əhatə edir.

İlkin olaraq bu təşəbbüs 2025-ci ildə “Platforms & Devices” bölməsi üçün nəzərdə tutulmuşdu. Bu bölmədə, o cümlədən “Pixel” və “Android” komandalarında yaz aylarında geniş ixtisarlar həyata keçirilmişdi. Proqram çərçivəsində əməkdaşlara minimum 14 həftəlik əməkhaqqı qədər kompensasiya təklif olunur. İstefa qərarı üçün son tarix 1 iyul 2025-dir.

Eyni zamanda, “Google” ofisə gəlmə tələblərini sərtləşdirir. Sentyabrdan etibarən ofisdən 80 km radiusda yaşayan əməkdaşlar həftədə azı üç gün iş yerində olmalıdırlar.

Yeni qaydalara əməl etməyənlər kompensasiya ilə işdən azad oluna bilərlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv