Türkiyəli məşhur aktyor, “Yeşilçam” ulduzu “Çitlenbik” vəfat etdi

Türkiyəli məşhur aktyor, “Yeşilçam” ulduzu “Çitlenbik” vəfat etdi






presstv

"Presstv"az #Ailə, #Aktyor, #Audi, #Başsağlığı, #Türkiyə, #Vəfat edib

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyə kino tarixində silinməz izlər buraxan, “Yumurcak” filmindəki “Çitlenbik” obrazı ilə yaddaşlara həkk olunan afrikaəsilli məşhur aktyor İhsan Küçüktepe vəfat edib.

presstvaz-ın məlumatına görə, bu barədə “Film-San Vəqfi” rəsmi sosial media hesabında xəbər verib.

“Aktyor İhsan Küçüktepeyə (Çitlenbik) Allahdan rəhmət, ailəsinə və sevənlərinə başsağlığı diləyirik”, – deyə paylaşımda bildirilib.

63 yaşlı aktyorun nədən vəfat etdiyi açıqlanmayıb.

Qeyd edək ki, İhsan Küçüktepe “Yeşilçam” tarixində unudulmaz uşaq ulduzlardan biri hesab olunur. 1969-cu ildə çəkilən və böyük populyarlıq qazanan “Yumurcak” filmində canlandırdığı “Çitlenbik” obrazı ilə qısa zamanda bütün ölkənin sevimlisinə çevrilmişdi.

Karyerasını təkcə uşaq aktyor olaraq deyil, gənc yaşlarında da davam etdirən Küçüktepe 1975-ci ildə TRT-də yayımlanan və geniş tamaşaçı auditoriyası qazanan “Aşk-ı Memnu” serialında “Beşir” obrazını canlandırıb. 1977-ci ildə isə “İbo ilə Güllüşah” filmində küçə uşağı rolunda çıxış edib.

Zamanla aktyorluq karyerasına fasilə verən Küçüktepe 2004-cü ildə “Cennet Mahallesi” serialında iki seriyalıq qonaq aktyor kimi geri qayıdıb. 2006-cı ildən isə “Arka Sokaklar” serialında bir mövsüm iştirak edib və 2014-cü ilə qədər layihənin səsyazma komandasında fəaliyyət göstərib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv