Bakıda İkinci Türk Ticarət Sərgisi keçirilir

Bakıda İkinci Türk Ticarət Sərgisi keçirilir






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, #kərə yağı, #Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), #Macarıstan, #Özbəkistan, #Qazax, #Qazaxıstan, #Qırğızıstan, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı Ekspo Mərkəzində Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisi – İkinci Türk Ticarət Sərgisi keçirilir.

presstvaz xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.

Bildirilib ki, tədbir Türk dövlətləri arasında ticarət, investisiya və texnologiya sahələrində əməkdaşlığın gücləndirilməsi, yeni işgüzar əlaqələrin qurulması və satış imkanlarının genişləndirilməsi yolu ilə bizneslərin inkişafına dəstək göstərilməsi məqsədilə təşkil olunub. Sərgidə Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikasından olan şirkətlərin məhsul və xidmətləri sərgilənir.

Forum-sərgi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və Türkiyənin “Rok Expo” şirkətinin təşkilatçılığı ilə keçirilir.

Mikro və kiçik sahibkarlıq subyektlərinə dəstək məqəsdilə KOBİA sərgidə xüsusi stendlə təmsil olunur. Agentliyin stendində 10-a yaxın KOB subyektinin əl işləri, Qarabağ abidələrini əks etdirən keramik sənət nümunələri, məntiq oyunları, alkoqolsuz içkilər, parfüm, tekstil məhsulları, bağ və ev dekorları, gigiyenik vasitələr, kərə yağı və s. məhsul və xidmətlər nümayiş etdirilir. Agentliyin stendində sosial baxımdan həssas kateqoriyaya aid şəxslərin məhsulları da sərgilənir. Məqsəd yerli KOB-ların məhsullarının xarici bazarlara, o cümlədən türk dövlətlərinə ixracına, onların müvafiq ölkələrlə biznes əlaqələrinin qurulması və genişləndirilməsinə dəstək olmaqdır.

Qeyd edək ki, forum-sərgi iyunun 12-dək davam edəcək. Forumda “Türk dövlətləri iqtisadiyyatı”, “Türk dövlətlərində kənd təsərrüfatı ticarəti və imkanları”, “Kommersiya mübahisələrinin həllində arbitraj və mediasiya”, “Türk dövlətlərində rəqəmsal ticarət”, “Türk dünyası biznes qadınları zirvəsi”, “Akademik istiqamətlər”, “Startaplar və investisiyalar”, “Türk dünyasında medianın gücü” mövzularında panel müzakirələr təşkil olunacaq. Sərgi hissəsində isə 35-ə yaxın sahə üzrə, o cümlədən ticarət, enerji, “yaşıl iqtisadiyyat”, turizm, rəqəmsallaşma və s. sahələr üzrə məhsullar və qabaqcıl texnologiyalar nümayiş etdirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv