Avtomobil eksperti: “Maşın özü qərar verəcək ki, nə vaxt yağ dəyişmək lazımdır”

Avtomobil eksperti: “Maşın özü qərar verəcək ki, nə vaxt yağ dəyişmək lazımdır”






presstv

"Presstv"az #Audi, #Avropa, #Avto, #avtomobillər, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Müasir avtomobil istehsalçıları çevik yad dəyişmə intervalı texnologiyasından istifadə edərək yağ dəyişmə müddətini avtomobilin real iş şəraitinə əsasən tənzimləyirlər.

presstvaz-ın “Rossiyskaya Qazeta”ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı avtomobil eksperti Aleksandr Sosnovski bildirib.

Onun sözlərinə görə, bu sistem kompüter vasitəsilə yağın vəziyyətini, mühərrik saatlarını, temperaturu, işədüşmə tezliyini və digər parametrləri qiymətləndirərək dəyişmə intervalını dinamik şəkildə tənzimləyir.

Ekspert bildirib ki, ilk belə sistem 1980-ci illərdə “General Motors” tərəfindən sınaqdan keçirilsə də, o dövrdə texnologiya məhdudiyyətləri səbəbindən uğur qazanmayıb.

“İndi isə BMW, “Mercedes-Benz”, “Audi” kimi Avropa brendləri bu sahədə liderdir. Məsələn, BMW-nin CBS sistemi yağın vaxtından əvvəl köhnəlməsini aşkar edərək sürücünü xəbərdar edir. Çevik intervallar şəhər şəraitində xərcləri 25%, magistral yollarda isə 40% azalda bilər”, – deyə o əlavə edib.

Mütəxəssis sürtkü materialları istehsalçılarının da bu yeniliyə uyğunlaşdığını bildirib.

Onun sözlərinə görə, “Volkswagen” kimi brendlər “LongLife” rejimi üçün premium yağlar tələb edir, sabit intervallar üçün isə standart yağlar kifayətdir. Bu, avtomobil sahiblərinə xərcləri optimallaşdırmaq imkanı verir.

Analitiklər 2030-cu ilə qədər yeni avtomobillərin 80%-dən çoxunun bu intellektual sistemlərlə təchiz olunacağını proqnozlaşdırırlar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv