Türkiyənin turizm bölgələrində kəskin vəziyyət: Onlarla rusiyalı “sistem altında”

Türkiyənin turizm bölgələrində kəskin vəziyyət: Onlarla rusiyalı “sistem altında”






presstv

"Presstv"az #Allergiya, #Dollar, #Günəş, #Həkim, #Rusiya, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyədə onlarla rusiyalı turist günəşə ciddi allergiya səbəbindən tibbi yardıma müraciət edib.

presstvaz-ın xəbərinə görə, bu barədə SHOT “Telegram” kanalı məlumat verir.

Məlumata görə, xüsusilə Antalya, Kəmər və Sidedə vəziyyət kəskindir.

Turistlərin sözlərinə görə, 40 dərəcəyə qədər isti və aktiv ultrabənövşəyi şüalanma onlarda birdən-birə allergiyanın yaranmasına gətirib çıxarıb. Günəş kremləri kömək etmir, bir çoxlarında şiddətli qaşınma, dəridə qızartı, bütün bədəndə ləkələr, kiçik sızanaqlar, başgicəllənmə və ümumi zəiflik halları müşahidə olunur.

Belə hallar sığorta tərəfindən qarsalanmadığı üçün rusiyalılar müalicə xərclərini özləri ödəməli olurlar. Bəziləri hotelə həkim çağırır, bəziləri yerli klinikalara müraciət edir və onlara günəş allergiyası diaqnozu qoyulur. Ağır hallarda turistlərə sistem köçürülür ki, onun da qiyməti 120 dollara çatır.

Hazırda bir çox turistlər problemsiz dincəlmək üçün qızmar günəşdən qaçmağa çalışırlar: günorta saat 12-dən 15-ə kimi günəş vannası qəbul etmirlər, kremlərdən yararlanırlar və papaqlı “ağıllı” çimərlik geyimləri alırlar.

Həkimlər tətili pozmamaq və ciddi fəsadların qarşısını almaq üçün iqlim şərtlərini nəzərə almağı, allergiyanın ilkin əlamətlərini görməməzlikdən gəlməməyi məsləhət görürlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv