Azərbaycanla Kanada arasında ilk siyasi məsləhətləşmələr keçirilib

Azərbaycanla Kanada arasında ilk siyasi məsləhətləşmələr keçirilib






presstv

"Presstv"az #Avropa, #Azərbaycan, #Azərbaycan Xarici İşlər Nazirliyi, #Bakı, #COP29, #Ermənistan, #Kanada, #Münaqişə, #Nəqliyyat, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İyunun 10-da Bakı şəhərində Azərbaycan və Kanada Xarici İşlər Nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib.

presstvaz xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Amerika İdarəsinin rəisi Esmira Cəfərova, Kanada nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Avrasiya Departamentinin icraçı direktoru Andreas Veyçert rəhbərlik edib.

Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, davamlı siyasi dialoqun təşviqi məqsədilə qarşılıqlı səfərlər və beynəlxalq tədbirlər çərçivəsində təmasların önəmi vurğulanıb. İkitərəfli münasibətlərdə gərginlik yaradan məqamlardan və addımlardan çəkinilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

İqtisadi sahədə əməkdaşlıq kontekstində ikitərəfli ticarət dövriyyəsinin artırılması, habelə enerji, nəqliyyat, yüksək texnologiyalar və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib. COP29 çərçivəsində Kanada tərəfi ilə uğurlu əməkdaşlığa xüsusi diqqət yetirilib. Azərbaycanın təşəbbüskarı və fəal iştirakçısı olduğu mühüm enerji, nəqliyyat və logistika layihələrinin reallaşdırılmasında ölkəmizin strateji rolu yüksək qiymətləndirilib. Eyni zamanda, təhsil, mədəniyyət, turizm sahələrində əməkdaşlığın xalqlararası əlaqələrin gücləndirilməsinə önəmli töhfə verəcəyi qeyd olunub.

Görüşdə, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Ermənistan-Azərbaycan normallaşma prosesi və bu prosesə mane olan amillər, davamlı sülhün təmin edilməsi istiqamətində ölkəmiz tərəfindən atılan addımlar, eləcə də işğaldan azad edilmiş ərazilərimizdəki mina problemi və orada həyata keçirilən irimiqyaslı bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Sonda tərəflər arasında regional və beynəlxalq gündəlikdə qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv