Los-Ancelesdə etirazçılara SİRLİ DƏSTƏK: Naməlum şəxslər qaz maskası və dəbilqə payladılar

Los-Ancelesdə etirazçılara SİRLİ DƏSTƏK: Naməlum şəxslər qaz maskası və dəbilqə payladılar






presstv

"Presstv"az #ABŞ, #ABŞ dolları, #Araşdırma, #Avto, #Dollar, #Hadisə, #Jurnalistlər, #Los-Anceles

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Los-Ancelesdə (ABŞ) keçirilən etiraz aksiyaları zamanı naməlum şəxslər yük maşınları ilə əraziyə gələrək etirazçılara biogen qoruyucu dəbilqələr və qaz maskaları paylayıblar.

presstvaz FOX 11-ə istinadla xəbər verir ki, bu hadisə Milli Qvardiya əsgərlərinin gözü qarşısında baş versə də, avadanlıq paylayan şəxslər saxlanılmayıblar.

Onların əksəriyyəti maskalı olub, lakin azı bir nəfər üzünü gizlətməyib.

Etirazlar zamanı yandırılmış avtomobil təkərləri, divarlara çəkilmiş qrafitlər və aksiyanın iştirakçılarının toqquşmalara hazırlaşdıqlarını göstərən əlamətlər müşahidə olunsa da, iştirakçılar barəsində hüquqi tədbirlər görülməyib.

Hadisə ilə bağlı jurnalistlər polis qüvvələrinin passiv mövqeyini və bu yardımı təşkil edən şəxslərin kimliyinə dair araşdırma aparılıb-aparılmayacağını gündəmə gətiriblər.

Qeyd olunur ki, bu xəbərlər hüquq-mühafizə orqanlarının etirazçılara qarşı rezin güllələr və səs-küylü qumbara tətbiq etdiyi vaxtda yayılıb. Həmin qoruyucu dəbilqələrin mağaza qiyməti 40-60 ABŞ dolları arasında dəyişir.

Etirazçılar 10 iyun gecəsi şəhər mərkəzindəki hökumət binasının qarşısında toplaşıblar. Polis aksiyanı dağıtmağa çalışsa da, iştirakçılar ərazini tamamilə tərk etməyiblər. Şəhərdə eyni vaxtda bir neçə etiraz aksiyasının keçirildiyi bildirilir. İştirakçıların dəqiq sayı hələlik məlum deyil.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv