Arietid meteor yağışı bu gün özünün ən pik nöqtəsinə çatacaq

Arietid meteor yağışı bu gün özünün ən pik nöqtəsinə çatacaq






presstv

"Presstv"az #Bakı, #Bakı Dövlət Universitetini

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Aprelin 14-dən başlayaraq iyunun 24-dək davam edəcək Arietid meteor yağışı bu gün ən yüksək fəallığa malik olacaq”.

presstvaz xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.

Bildirilib ki, meteor yağışının pik nöqtəsinə çatması iyunun 10-u Bakı vaxtı ilə saat 18:00 üçün gözlənilir. Bu səbəbdən ən yaxşı müşahidə şəraiti iyunun 11-i səhər saatlarında olacaq. Pikdə bu meteor selinin saatda təxminən 50 meteor buraxacağı gözlənilir. Bakıda isə saatda 15 meteor görə bilərik.

“Arietid” sözü meteorların səmadakı çıxış nöqtəsinin (radiantının) yerləşdiyi Qoç (Aries) bürcünün adından gəlir. Astronomiyada meteor yağışları adətən onların radiant nöqtəsinin hansı bürcdə yerləşdiyinə əsasən adlandırılır. Bu meteor axını radiantı Qoç bürcündə olduğuna görə “Arietid” adını alıb. Meteor axınının maksimum fəallığı xüsusilə səhər saatlarında – dan yeri sökülməzdən az əvvəl və ya gün çıxanda baş verir. Bu isə onların adi gecə meteor axınlarından fərqli olaraq müşahidəsinin çətinləşməsinə səbəb olur – çünki gün işığı meteoru sönük göstərir və müşahidəni çətinləşdirir. Buna görə bu axın “gündüz meteor axını” kateqoriyasına daxildir.

“Arietid” meteor yağışının 1989-cu ildə kəşf olunmuş, 8.5 il dövrü perioda malik “121P/Shoemaker-Holt” adlı kometlə əlaqəli olduğu qəbul olunurdu. Lakin sonradan astronomlar onun 1949-cu ildə kəşf olunmuş “Ikarus” adlı asteroiddən qaynaqlanma ehtimalını da araşdırdılar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv