Sənədsiz ev sahiblərinin NƏZƏRİNƏ

Sənədsiz ev sahiblərinin NƏZƏRİNƏ






presstv

"Presstv"az #Abşeron rayonu, #Qiymət artımı, #Sənədsiz evlər, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Təkcə paytaxt və Abşeron rayonunda 450 minə yaxın sənədsiz ev var. Vaxtilə müxtəlif təyinatlı torpaq sahələrində tikilən, amma sənədsiz qalan minlərlə evlərin sahibləri çıxarış ala bilmədikləri üçün müxtəlif çətinliklərlə üzləşirlər.

presstvaz Xəzər TV-yə istinadən məlumat verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, həmin evlərin çoxu vaxtilə tikilənlərdir.

Bu problemin qarşısını almaq məqsədilə bir il əvvəl “əmlak amnistiyası” tətbiq olunacağı deyilmişdi.

Ekspert bildirib ki, bu layihə vətəndaş üçün sosial baxımdan çox önəmlidir. Sənədsiz evlərin sayının çox olması əmlak bazarında süni qiymət artımına da səbəb olur. Amma eyni zamanda, burada digər ciddi problemlər də var.

Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, “Daşınmaz əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminin sənədsiz evlərlə hər hansı bağlılığı yoxdur.

Belə ki, sistemin yaradılmasında məqsəd “Daşınmaz əmlakın dövlət reyestri haqqında” sənədlərin bu sistemə daxil edilməsi və həmin sənədlərdən istifadə edilməsidir.

Onu da əlavə etdilər ki, bu sistem sənədsiz evlərin deyil, hüquqmüəyyənedici sənədlərin olduğu daşınmaz əmlakların qeydiyyatı prosesinin tam elektronlaşdırılmasını həyata keçirəcək.

Ətraflı süjetdə:

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv