Saxlanılan Krasnoyarsk meri ilə bağlı milyonluq RÜŞVƏT QALMAQALI – Bəzi təfərrüat MƏLUM OLDU

Saxlanılan Krasnoyarsk meri ilə bağlı milyonluq RÜŞVƏT QALMAQALI – Bəzi təfərrüat MƏLUM OLDU






presstv

"Presstv"az #Rusiya, #Torpaq sahəsi, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya İstintaq Komitəsi (İK) Krasnoyarsk şəhərinin meri Vladislav Loqinova qarşı ittiham irəli sürüb.

presstvaz xəbər verir ki, bu barədə İK-nın rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat paylaşıb. O, 180 milyon rubldan (təqribən dörd milyon manat – red.) artıq məbləğdə rüşvət almaqda şübhəli bilinir.

İstintaqın məlumatına görə, V.Loqinov 2018-2024-cü illərdə merin birinci müavini, sonra isə şəhərin başçısı vəzifəsini tutarkən kommersiya şirkətinin rəhbərindən öz torpaq sahəsində hamamın tikintisi üçün pul və haqq alıb. Əvəzində sözügedən şirkət şəhər yollarının təmiri üçün keçirilən müsabiqələrin (tender) qalibi seçilib.

12:05

Rusiyanın Krasnoyarsk şəhərinin meri Vladislav Loqinov güc strukturlarının əməkdaşları tərəfindən saxlanılıb.

presstvaz-ın xəbərinə görə, bu barədə TASS agentliyinə regionun hüquq-mühafizə orqanlarından məlumat verilib.

Agentliyin bildirilib ki, mer rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

Saxlanılan mer Moskvaya göndəriləcək. Onun barəsində hansı qətimkan tədbirinin seçilməsinə paytaxtda qərar veriləcək.

Hazırda əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, 57 yaşlı V.Loqinov 2022-ci ildən Krasnoyarskın meri vəzifəsini tutur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv