Naxçıvanda dönərdən kütləvi zəhərlənmənin səbəbləri ilə bağlı ARAŞDIRMA BAŞLANILIB

Naxçıvanda dönərdən kütləvi zəhərlənmənin səbəbləri ilə bağlı ARAŞDIRMA BAŞLANILIB






presstv

"Presstv"az #Ailə, #Araşdırma, #Hadisə, #Həkim, #İnzibati Xətalar Məcəlləsi, #Jurnalistlər, #Naxçıvan Muxtar Respublikası, #Təcili Tibbi Yardım, #Yoluxucu xəstəlik, #Zəhərlənmə, #Zəhərlənmə hadisəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Naxçıvanda eyni dönərxanada ikinci dəfə bu halın baş verməsi mövsümlə, məhsulların saxlanması, istifadə qaydalarının pozulması ilə əlaqədar ola bilər.

presstvaz “Report”a istinadən xəbər verir ki, bunu Naxçıvan MR Qida Təhülikəsizliyi Agentliyinin Qida zənciri nəzarət şöbəsinin müdiri Orxan Orucov jurnaslistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu kimi hallar riskli xidmət sahələrində qida zəhərlənmələrinin yaranmasına səbəb ola bilər:

“Dönərxanada araşdırma davam etdirilir, qida zəncirinin müvafiq mərhələlərində aparılan araşdırma istər çiy dönər saxlanması və ya emalı müəssisəsində, eləcə də dönər üçün nəzərdə tutulan, həm də termiki emala məruz qalmış dönərdən də nümunələr seçilir və orada istifadə olunan souslar, ketçuplar, moyanezlərdən də nümunələr seçilib və qida təhlükəsizlik institutunun laboratoriyasına təqdim olunub”.

Qurum rəsmisi əlavə edib ki, həmin məhsullarla bağlı normativ hüquqi akt qəbul olunub:

“Həmin aktda qeyd olunan temperatur rejimi tələblərinə əməl etmək lazımdır. İstifadə olunan moyanez, ketçup və digər souslar müvafiq temperaturda saxlanılmadıqda, gigiyenik qaydalar pozulduqda sonda bu kimi arzuolunmaz hadisələrə səbəb olur”.

Xatırladaq ki, analoji hadisə həmin məkanda bundan əvvəl mayın 22-də qeydə alınmışdı. Həmin vaxt isə 7 nəfər dönərdən zəhərlənmişdi.

12:47

“Naxçıvanda zəhərlənən 17 nəfərdən doqquzu uşaq olub”.

presstvaz “Report”a istinadən xəbər verir ki, bunu Mərkəzinin həkim-infekionisti Nəzmin Allahverdiyeva jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, zəhərlənənlər üç ayrı ailənin üzvləri olublar:

“Beş nəfər bir ailədən, dörd nəfər bir, bir nəfər isə ayrı bir ailədən olub. Ümumi zəhərlənənlərin sayı 17 nəfər olub. Bizə müraciət edənlərin 17 nəfər olmasına baxmayaraq, zəhərlənmə halının çox olduğu məlumatı bizdə var. Yəni təcili tibbi yardım şöbəsinə daha çox xəstə müraciət edib”.

12:01

Naxçıvanda yerləşən “Kassap Döner” dönərxanasında zəhərlənən şəxslərin durumu açıqlanıb.

presstvaz “Teleqraf”a istinadən xəbər verir ki, zəhərlənən 17 nəfər dərhal tibb müəssisəsinə yerləşdirilib və onlara ilkin tibbi yardım göstərilib. Hazırda onların səhhəti qənaətbəxşdir və heç bir həyati təhlükə yoxdur.

Qeyd olunub ki, zəhərlənən şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Hadisənin səbəbləri ilə bağlı aidiyyəti qurumlar araşdırmalara başlayıb.

09:59

Naxçıvanda ikinci dəfə insanların zəhərlənməsinə səbəb olan “Kassap Döner” daha əvvəl baş verən hadisədən sonra cərimələnib.

presstvaz bildirir ki, bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Naxçıvan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Agentlikdən bildirilib ki, ilk baş verən zəhərlənmə hadisəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılmışdı:

“Bu zaman müəssisənin fəaliyyəti müvəqqəti dayandırıldı, tamamilə bağlanmadı. Araşdırmalar nəticələri məlum olandan sonra, müəssisə nöqsanları aradan qaldırdıqan sonra fəaliyyətə icazə verilir. Təbii ki, baş verən hadisəyə görə sözügedən müəssisə İnzibati Xətalar Məcəlləsinə uyğun cərimələnir”.

09:29

Naxçıvanda 17 nəfər dönərdən zəhərlənib.

presstvaz xəbər verir ki, Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən “Kassap Döner” dönərxanasında 17 nəfərin qidadan zəhərlənməsi barədə Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzindən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə məlumat daxil olub.

Məlumata əsasən, agentlik tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib. Belə ki, şübhəli məhsulların toxunulmazlığı təmin edilib, dönərxananın fəaliyyəti dayandırılıb.

Faktla bağlı araşdırma aparılır, nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, mayın 22-də həmin dönərxanada analoji hal qeydə alınmışdı. Həmin vaxt yeddi nəfər dönərdən zəhərlənmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv