Tanınmış aktyor Boston hava limanında saxlanıldı

Tanınmış aktyor Boston hava limanında saxlanıldı






presstv

"Presstv"az #Aktyor, #Avropa, #Hadisə, #Los-Anceles, #təyyarə, #Təyyarə qəzası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tanınmış aktyor Benisio Del Toro Boston hava limanında saxlanılıb.

presstvaz xəbər verir ki, kino ulduzu bu barədə “The Tonight Show with Set Meyers”in efirində danışıb.

Hadisəyə səbəb Del Toro tərəfindən yazılmış “Finikiya sxemi” adlı casus komediyasının ssenarisi olub.

“Mən Bostondan Los-Ancelesə uçurdum və nədənsə notbukumu əl yükümdən çıxarmadım. Təhlükəsizlik agentləri çantamı yoxlamaq qərarına gəldilər və orada ssenarinin bir nüsxəsi var idi. Rahatlıq üçün mətndəki bütün başlıqları böyük hərflərlə yazmışdım. Ona görə də, oxumaq çox asan oldu – Birinci səhnə: Təyyarə kabini. Bomba, İkinci: Göyərtə. Pilot atıldı, Üçüncü: Qəza”, – Oskar mükafatçısı xatırlayıb.

Aktyor agentə bunun sadəcə bir film ssenarisi olduğunu izah etməyə çalışıb:

“O mənə baxdı, yerində qalmağıma işarə etdi, çantasını bağladı və getdi. Beş agent onun arxasınca geri gəldi. Növbə rəisi hadisəni həll edənə qədər bir qrup agent sənədləri araşdırdı. O, qalstuk taxaraq içəri girdi, mənə baxdı, bəlkə məni “Sicario” və ya “Traffic” filmlərindən tanıdı. Ssenariyə baxdı, vərəqlədi və onlar məni buraxdılar”, – deyə Del Toro bildirib.

58 yaşlı aktyor üzülməyib, əksinə işçilərin sayıqlığına heyran olub. Sözügedən filmə gəlincə, o mayın 30-da bütün dünyada nümayiş olunub. Film Avropanın ən zəngin adamlarından birinin çətin münasibətlərindən bəhs edir və təyyarə qəzası ilə başlayır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv