Sürücüləri çaşdıran problem – Azneft dairəsində nələr düzgün edilmir?

Sürücüləri çaşdıran problem – Azneft dairəsində nələr düzgün edilmir?






presstv

"Presstv"az #Avto, #avtobus, #Avtobus zolağı, #Azneft, #Neftçi, #Neftçilər prospekti, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Baku TV-nin “Necə olmalıdır” rubrikasının yeni buraxılışı yayımlanıb. Bu dəfə paytaxtın Azneft dairəsində sürücüləri narahat edən problemlər haqqında məlumat verilib.

Bildirilib ki, Azneft dairəsinə üç giriş var. Bunlardan yalnız bir giriş istiqamətində işıqfor quraşdırılıb. Hələ dairədən çıxışdan sonra, üzü Kukla Teatrı istiqamətində salınan yeni avtobus zolağı vəziyyəti daha da çətinləşdirir. Əlavə edilib ki, Neftçilər prospektindən Niyazi küçəsi istiqamətində çəkilən üfüqi nişanlanma xətti isə tamamilə yanlışdır. Çünki bir istiqamətdə qoşa xətt çəkilə bilməz.

“Sürücülərin də əksəriyyəti bunu bilməyərək özlərini qoşa xəttin soluna salmağa cəhd göstərir. Burada qoşa xətti sağdan keçmək üçün heç bir maneə yoxdur. Sürücüləri yol hərəkəti haqqında qanunun tələbini pozmağa təhrik edən qoşa xətt heç bir əhəmiyyət daşımır. Qoşa xəttin sağ hissəsində dayanacaq var, avtobus zolağı isə yoxdur. Yəni sürücü Niyazi küçəsi istiqamətində hərəkət edəndə sağdan getməklə qoşa xəttin üzərindən keçərək qaydanı pozmur. Çünki döngədən sonra mümkün qədər sağ zolağı tutmaq şərtdir”, – deyə qeyd edilib.

Ətraflı videomaterialda:

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv