“Diplomatic World Sweden” saytı Bakı Enerji Forumu barədə məqalə dərc edib

“Diplomatic World Sweden” saytı Bakı Enerji Forumu barədə məqalə dərc edib






presstv

"Presstv"az #Avropa, #Azərbaycan, #Bakı, #Finlandiya, #Günəş, #İlham Əliyev, #Norveç, #Xəzər dənizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Diplomatic World Sweden” saytında iyunun 2-4-də Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumuna həsr olunmuş məqalə dərc olunub.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, nəşr Azərbaycanın dağıdılmış postsovet respublikasından Avropanın əsas enerji tərəfdaşına çevrilməsinin təsirli transformasiyasını vurğulayır.

Prezident İlham Əliyevin çıxışının tədbir iştirakçılarında güclü təəssürat yaratdığı qeyd olunub. Dövlət başçısı ötən əsrin 90-cı illərinin əvvəlində ölkədəki vəziyyəti “inflyasiya 1 000 faizə çatırdı, hər yerdə yoxsulluq hökm sürürdü, yüzminlərlə azərbaycanlı etnik təmizləməyə məruz qaldı” sözləri ilə xarakterizə etdiyinə görə, sonrakı transformasiyaların miqyası daha heyrətamiz görünür.

Məqalədə qeyd olunub ki, strateji qərarlar və siyasi iradə sayəsində ölkə böhrandan çıxa bildi və davamlı inkişaf yoluna qədəm qoydu: “Bu gün Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir. 2023-cü ildə tədarükün həcmi 25 milyard kubmetr təşkil edib və 2030-cu ilə qədər ölkə ixrac gücünü daha 8 milyard kubmetr artırmağı planlaşdırır. Eyni zamanda, bərpaolunan enerji sektoru fəal inkişaf edir: 6,5 giqavatlıq yeni mənbələr yaradılır ki, bu da ölkənin ümumi enerjisinin təxminən 35 faizini təşkil edəcək”.

Məqalədə Cənub Qaz Dəhlizinə – Xəzər dənizini Avropa bazarları ilə birləşdirən 3 500 kilometrlik infrastruktura xüsusi diqqət yetirilir. Bu layihə təkcə mühəndislik nailiyyəti deyil, həm də geosiyasi sıçrayış kimi xarakterizə olunur.

Materialda vurğulanır ki, Azərbaycan təkcə karbohidrogen tədarükçüsü deyil, həm də günəş və külək enerjisinə fəal investisiya yatıran novatordur. Xəzər dənizində külək enerjisinin potensialı artıq Finlandiya və Norveçin aparıcı şirkətlərinin marağına səbəb olub. Onların iştirakı humanitar motivlərlə deyil, ölkənin texnoloji və investisiya potensialının tanınması ilə bağlıdır.

Nəşr yekunda qeyd edir ki, Azərbaycan Avropanın enerji arxitekturasında möhkəm mövqeyə sahib olub, sadəcə trendləri izləyən deyil, həm də gündəmi formalaşdıran etibarlı tərəfdaşa çevrilib. Azərbaycanın nümunəsi strateji təfəkkürün, uzaqgörənliyin və davamlı inkişafa sərmayənin bir ölkəni necə dəyişdirə və onun beynəlxalq arenada mövqeyini möhkəmləndirə biləcəyinə dair bir örnəkdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv