İstidə yeyilməməli qidalar açıqlandı: Dondurma və limonad siyahıdadır

İstidə yeyilməməli qidalar açıqlandı: Dondurma və limonad siyahıdadır






presstv

"Presstv"az #Bakteriya, #Dondurma, #Həkim, #Məzuniyyət, #Qida məhsulları

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yay aylarında bir çox insan soyuq yeməklərə üstünlük verir, isti yeməklərdən isə uzaq durur. Lakin bu yanaşma sağlamlığa – xüsusilə qastrit, xora xəstəliyi, pankreatit və xolesistit kimi mədə-bağırsaq traktının xroniki xəstəliklərindən əziyyət çəkən şəxslərə zərər verə bilər.

presstvaz bildirir ki, bu barədə “SM-Klinika”nın həkim-qastroenteroloqu Yevgeniya Melnikova gazeta.ru-ya müsahibəsində xəbərdarlıq edib.

O qeyd edib ki, xüsusilə istidə bir çoxlarının sevdiyi dondurma qəlyanaltı kimi tövsiyə olunmur.

“Yüksəkkalorili, yağlı və şəkərli olan bu məhsul həzm sistemini yükləməklə yanaşı, pis həzm olunur, yuxarı tənəffüs yollarının selikli qişasını soyudur, damar spazmına və nəticədə kəskin respirator xəstəliklərin (KRX) yaranmasına səbəb ola bilər”, – deyə Melnikova qeyd edib.

Onun sözlərinə görə, süd kokteyli, kvas və ya limonad kimi içkilərlə sərinləmək də düzgün seçim deyil.

“Bu şirin içkilər sadəcə susuzluğu daha da artıracaq və istiliyi bədəndə saxlayacaq. Çünki bu cür içkilər normal tərləməyə mane olur və susuzlaşma riskini yüksəldir. Şübhəsiz ki, yayda orqanizm daha çox mayeyə ehtiyac duyur, çünki tər vasitəsilə maye itkisi artır. Amma bu ehtiyac düzgün şəkildə ödənilməlidir – adi su, çay, kompot və mors kimi içkilərə üstünlük verilməlidir”, – deyə həkim bildirib.

Qastroenteroloq əlavə edib ki, yay mövsümü təkcə piknik və məzuniyyət dövrü deyil, eyni zamanda qida toksikoinfeksiyalarının da artdığı bir vaxtdır. Buna görə də səyahət zamanı tez xarab olan məhsullardan – süd, kəsmik, qaymaq, yumurta, kolbasa, konservlər, mayonezli salatlar, kremli pirojnalardan istifadə etməmək tövsiyə olunur.

“Yüksək temperatur belə qida məhsullarında patogen bakteriyaların sürətlə çoxalmasına şərait yaradır. Nəticədə ürəkbulanma, qusma, ishal, qarında ağrılar və bədən temperaturunun yüksəlməsi müşahidə oluna bilər. Səfər zamanı bu cür xoşagəlməz hallardan qaçmaq üçün sadə qidalanma qaydalarına əməl edin: quru qəlyanaltılar (peçenye, kreker); butulkanın qapağı açılmamış içməli su; şəxsi gigiyenaya riayət (yeməkdən əvvəl əllərin yuyulması); qidaların 80-100 dərəcədə termiki emalı; məhsulların saxlanma müddətinə və temperaturuna nəzarət edilməlidir”, – deyə mütəxəssis tövsiyə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv