Kameralar qarşısında kosmetika yeyən bloqer öldü

Kameralar qarşısında kosmetika yeyən bloqer öldü






presstv

"Presstv"az #Ailə, #Hadisə, #Sosial şəbəkələr, #Tayvan, #Vəfat edib, #Zəhərlənmə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tayvanda kamera qarşısında kosmetika məhsullarını yeyən bloqer vəfat edib.

presstvaz bu barədə “South China Morning Post”a istinadən xəbər verir.

Bildirilir ki, “Guava Beauty” ləqəbi ilə tanınan 24 yaşlı bloqer qeyri-adi və təhlükəli videoları ilə gündəmdə olub. O, kameralar qarşısında pomada, ənlik və hətta pambıq disklərini yeyərək izləyicilərin marağını çəkməyə çalışıb. İzləyicilərin əksəriyyəti onun bu davranışını təhlükəli hesab edib və şərhlərdə dəfələrlə kosmetik məhsulların yeyilməsinin ölümcül nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər. Ancaq bloqer buna qulaq asmayıb.

Sonradan profilində gənc qızın öldüyü barədə açıqlama yerləşdirilib, ailəsi isə onun vəfat etdiyini rəsmən təsdiqləyib.

İzləyicilər bloqerin kimyəvi zəhərlənmə nəticəsində ölmüş ola biləcəyini düşünürlər.

Hadisə Tayvanda və sosial şəbəkələrdə ciddi rezonans doğurub və təhlükəli “mukbanq” trendlərinin yaratdığı riskləri bir daha gündəmə gətirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv