Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi

Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Baş redaktor, #Gürcüstan, #Orta məktəb, #Təhsil, #Vəfat edib, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Əməkdar jurnalist İlyas Adıgözəlli vəfat edib.

presstvaz iqtisadiyyat.az saytına istinadən xəbər verir ki, İ.Adıgözəlli 87 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, İlyas Xıdır oğlu Adıgözəlli 1938-ci ildə Gürcüstanın Borçalı (Marneuli) rayonunun Sadaxlı kəndində anadan olub. 1957-ci ildə Sadaxlı kənd orta məktəbini bitirib. Ali təhsilini isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinin jurnalistika şöbəsində alıb.

1963-2007-ci illərdə Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində işləyib. Bu illərdə “Araz” radiostansiyasında şöbə müdiri (1964), baş redaktorun müavini (1969), baş redaktor (1990), “Araz” proqramının baş direktoru (1993-1997-ci illərdə), radioda şərhçi (1997-2007-ci illərdə) vəzifələrində çalışıb.

1992-ci ildə Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adına layiq görülüb.

2007-ci ildən təqaüdə çıxsa da, Azərbaycan Televiziya və Radio Verilişləri-Qapalı Səhmdar Cəmiyyətində müqavilə üzrə proqramlar hazırlayıb.

Bakı Avrasiya Universitetində və Bakı Slavyan Universitetində Jurnalistika fakültəsi tələbələrinə dərs deyib.

İ.Adıgözəlli Əməkdar jurnalist Fikrət Adıgözəllinin atasıdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv