Мuxtar Babayev: “Azərbaycan Braziliya ilə birlikdə 1,3 trilyon dollarlıq proqram hazırlayır”

Мuxtar Babayev: “Azərbaycan Braziliya ilə birlikdə 1,3 trilyon dollarlıq proqram hazırlayır”






presstv

"Presstv"az #ABŞ, #Azərbaycan, #Bakı, #Braziliya, #COP29, #Dollar, #Müharibə, #Münaqişə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“COP29 uğurla həyata keçirildi. Ortada çox ciddi ambisiya var idi. Proqramın həyata keçirilməsi üçün güclü komandanın yaradılması vacib idi. Azərbaycan Prezidentinin səyi nəticəsində gələcəkdə gözəl nəticələr əldə etmək üçün fundament yaratdıq”.

presstvaz xəbər verir ki, bu fikirləri Bakı Enerji Forumunun ikinci günündə Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29 Prezidenti Мuxtar Babayev deyib.

O bildirib ki, COP29 dönəmində bütün dövlət qurumlarından böyük dəstək olub:

“COP29-dan sonra yeni çətinliklər ortaya çıxıb. Bəzi ölkələr bir qədər fərqli siyasət yürütdülər. ABŞ-nin iqlim məsələləri ilə bağlı müzakirələrdən geri çəkilməsi prosesə təsir göstərir.

300 milyard dolların toplanılması ilə bağlı razılıq əldə olundu. İqlim məsələləri ilə bağlı ilk dəfədir ki, bu rəqəmə nail olunub. Elə ölkələr var idi ki, trilyonlarla dollar gözləyirdilər, bəzi ölkələr isə məsələyə daha real yanaşırdılar”.

“Azərbaycan Braziliya komandası ilə birlikdə 1.3 trilyon dollarlıq proqram hazırlayır. 300 milyard dollardan 1.3 trilyon dollara vəsaiti qaldırmaq üçün proqram üzərində ciddi iş aparmalıyıq.

Bütün müharibələr, münaqişələr böyük xərclər deməkdir. Müharibələr ekologiya üçün çox böyük mənfi nəticələrə səbəb olur. Nəticəni əldə etmək asan deyil. Bizim məqsədimiz donorları aktiv müzakirələrə yönəltməkdir. Böyük oyunçuları təhrik etməliyik ki, vədlərini yerinə yetirsinlər. Özəl sektoru da səfərbər etməyə çalışırıq, onların da rolu mühüm əhəmiyyət kəsb edir”, – deyə M.Babayev əlavə edib.\oxu.az|


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv