“Cartier” zərgərlik evinin müştərilərinin məlumatları hakerlər tərəfindən oğurlandı

“Cartier” zərgərlik evinin müştərilərinin məlumatları hakerlər tərəfindən oğurlandı






presstv

"Presstv"az #Hakerlər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Məşhur “Cartier” zərgərlik evi informasiya hücumunun qurbanı olub və müştərilərin məlumatlarının bir hissəsi hakerlərin əlinə keçib.

presstvaz xəbər verir ki, bu barədə 01net.com portalı məlumat verib.

Qeyd olunur ki, “Cartier” şirkəti öz müştərilərinə kompüter sistemlərinin sındırılması ilə bağlı xəbərdarlıq edib. Hakerlər istehlakçılara qarşı fişinq hücumları dalğasına başlayaraq, şəxsi məlumatları əldə ediblər.

“Biz problemi lokallaşdırmışıq və sistemlərimizin və məlumatlarımızın qorunmasını daha da gücləndirmişik. Bu barədə müvafiq orqanlara da məlumat vermişik və aparıcı xarici kibertəhlükəsizlik ekspertləri ilə işləyirik. Xüsusən də ad, elektron poçt ünvanı ilə bağlı bəzi məlumatlar ələ keçirilib. Parollar, kredit kartı rekvizitləri və ya digər bank məlumatlarına giriş olmayıb”, – deyə şirkətdən bildirilib.

Şirkət müştəriləri istənilən arzuolunmaz bildirişlərə və ya hər hansı digər şübhəli yazışmalara qarşı diqqətli olmağa çağırıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv