Hərbi attaşelər Naxçıvana səfər ediblər

Hərbi attaşelər Naxçıvana səfər ediblər






presstv

"Presstv"az #Azərbaycan, #Əlahiddə Ümumqoşun Ordu, #Heydər Əliyev, #Kitab, #Naxçıvan Muxtar Respublikası, #Təhsil, #YouTube, #Zakir Həsənov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına uyğun olaraq, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin Naxçıvan Muxtar Respublikasına səfəri təşkil edilib.

presstvaz xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfərdə 19 ölkəni təmsil edən hərbi attaşelik aparatlarının 35 nümayəndəsi iştirak edib.

Qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucaldılan abidəsini ziyarət edib, xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdiriblər. Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub, ulu öndərin həyat və fəaliyyətini əks etdirən stendlərə baxış keçirilib, zəngin dövlətçilik irsi barədə onlara məlumat verilib.

Səfər çərçivəsində qonaqlar Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahında olublar. ƏÜO komandanı general-mayor Kənan Seyidov xarici dövlətlərin hərbi attaşeləri ilə görüşüb. Səfər iştirakçılarına ƏÜO-nun yaranma tarixi, keçdiyi inkişaf yolu, fəaliyyəti, həyata keçirilən islahatlar və qarşıda duran məqsədlərlə bağlı brifinq təqdim olunub, protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

Qonaqlar ƏÜO-nun Təlim və Tədris Mərkəzində olub, müxtəlif sinif otaqlarını, simulyasiya mərkəzini və trenajor zalını ziyarət ediblər.

Hərbi attaşelər, həmçinin Naxçıvan Hərbi Kolleci və Heydər Əliyev adına Hərbi Liseyi ziyarət edib, xüsusi təyinatlı təhsil müəssisələrində aparılan islahatlar, mövcud hərbi təhsil sistemi, tədris və elmi fəaliyyət istiqamətləri ilə tanış olublar.

Daha sonra qonaqlar Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinə aparılıblar.

Sonda hərbi attaşelərin tarixi-mədəniyyət abidələrinə ekskursiyası təşkil olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv