Zəfər Küçükşabanoğlu: “Türkiyə süni intellekt indeksində 119 ölkə arasında 58-ci yerdədir”

Zəfər Küçükşabanoğlu: “Türkiyə süni intellekt indeksində 119 ölkə arasında 58-ci yerdədir”






presstv

"Presstv"az #Ailə, #Azərbaycan, #Birləşmiş Ərəb Əmirlikləri, #Dollar, #Donald Tramp, #Jurnalistlər, #Süni intellekt, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Biz hazırda dördüncü sənaye inqilabı dövründəyik. Türkiyə süni intellekt indeksində 119 ölkə arasında 58-ci yerdədir”.

presstvaz xəbər verir ki, bunu Azərbaycan mətbuatının 150 illiyi münasibətilə keçirilən xarici, eləcə də Azərbaycan və Türkiyə jurnalistlərinin görüşündə Süni İntellekt Siyasəti Dərnəyinin (AIPA) təsisçisi və rəhbəri Zəfər Küçükşabanoğlu deyib.

Onun sözlərinə görə, dünyada mətbuat dəyişir:

“Süni intellekt texnologiyası 2030-ci ilə qədər bazarda 15,7 milyard dollar həcmində paya sahib olacaq. Dünyanın ilk və yeganə süni intellekt universiteti və Süni İntellekt Nazirliyi məhz Birləşmiş Ərəb Əmirliklərindədir. Sinqapur 40 yaşdan yuxarı vətəndaşlarına süni intellekt dərsləri verməyə başlayıb. Bir yeni anlayış da var – texnofeodalizm. Məsələn, biz görmüşük ki, prezidentlərin andiçmə mərasimində arxa planda yeni seçilmiş prezidentin ailəsi olur, amma Donald Tramp and içəndə fonda Elon Mask dayanmışdı. Hesab edirəm ki, 2030-cu ildə süni intellekti öz həyatının bir parçasına çevirməyən insanlar iş yerlərini itirmək təhlükəsi ilə üzləşəcəklər”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv