Ərdoğan: “Laçın Hava Limanı regionun inkişafına və dünyaya inteqrasiyasına mühüm töhfə verəcək”

Ərdoğan: “Laçın Hava Limanı regionun inkişafına və dünyaya inteqrasiyasına mühüm töhfə verəcək”






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Beynəlxalq Hava Limanı, #Dollar, #Pakistan, #Rəcəb Tayyib Ərdoğan, #Təbrik, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycan torpaqlarının 30 illik işğaldan azad edilməsi ilə regionun inkişaf və tərəqqi mərkəzinə çevrilməsinin vaxtı çatıb. Əminəm ki, bu gün istifadəyə verilən Laçın Beynəlxalq Hava Limanı regionun inkişafına və dünyaya inteqrasiyasına mühüm töhfə verəcək”.

presstvaz xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçında keçirilən üçtərəfli görüşünün yekunlarına dair bəyanatında bildirib.

Türkiyə lideri Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib, ölkəmizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib.

Rəcəb Tayyib Ərdoğan Türkiyə, Azərbaycan və Pakistanı “münasibətləri qarşılıqlı hörmət əsasında inkişaf edən qardaş ölkələr” adlandırıb. Üç ölkənin əhalisinin ümumi sayının 350 milyon nəfərə çatdığını, məcmu ÜDM-inin isə 1.5 trilyon dollar olduğunu xatırladan Türkiyə prezidenti vurğulayıb ki, ölkələrimiz ortaq idealları bölüşür. O əlavə edib ki, Ankara Bakı və İslamabadla iqtisadi əlaqələrin gücləndirilməsi istiqamətində gələcək addımlara sadiqdir.

“Ankara ölkələrimizin strateji tərəfdaşlığının gücləndirilməsinə yönəlmiş hər bir addımı dəstəkləyir”, – deyə Ərdoğan əmin edib.

O qeyd edib ki, regional proseslər Türkiyə, Azərbaycan və Pakistan arasında əməkdaşlığın vacibliyini vurğulayır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv