Azərbaycan Prezidentinə təbrik məktubları gəlməkdə davam edir

Azərbaycan Prezidentinə təbrik məktubları gəlməkdə davam edir






presstv

"Presstv"az #Avropa, #Azərbaycan, #Heydər Əliyev, #İlham Əliyev, #Məcburi köçkün, #Moldova, #Münaqişə, #Nəqliyyat, #Təbrik

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafoza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

presstvaz     President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

Əlamətdar tarix, 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Cənubi Afrika Respublikasının hökuməti və xalqı adından Sizə, Azərbaycan hökumətinə və xalqına ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı arzulayır, ölkələrimiz arasında mövcud olan gözəl dostluq münasibətlərini daha da möhkəmləndirmək niyyətimizi bir daha bəyan edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

presstvaz     President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident. Azərbaycanın Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırıram. Ölkənizə davamlı tərəqqi, firavanlıq və əmin-amanlıq arzulayıram.

Sizi Avropa Siyasi Birliyinin Tiranada keçirilən Zirvə toplantısı zamanı görməkdən çox məmnun oldum.

Moldova Azərbaycanla dostluq münasibətlərini yüksək qiymətləndirir və mən ikitərəfli dialoqumuzun möhkəmləndirilməsinə sadiqliyimizi bir daha təsdiq edirəm.

Əminəm ki, birgə səylərimizlə biz vətəndaşlarımızın qarşılıqlı rifahı naminə enerji, nəqliyyat, kənd təsərrüfatı, ticarət və investisiya kimi əsas sahələrdə əməkdaşlığımızın bütün potensialını üzə çıxarmağa davam edə bilərik.

Cənab Prezident, ən xoş arzularımı və yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

GUAM-ın katibi Altay Əfəndiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

presstvaz    President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

“28 May – Müstəqillik Günü münasibətilə Sizə və Sizin şəxsinizdə Azərbaycan xalqına Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın – GUAM-ın Beynəlxalq Katibliyi adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi çatdırıram.

Xalq Cümhuriyyətinin yaradılmasının 107-ci ildönümünü qeyd edən müasir Azərbaycan Respublikası Cümhuriyyətin ideallarına sadiq qalaraq bütün azərbaycanlıların müstəqillik, suverenlik, tərəqqi, milli kimliyin qorunub-saxlanılması kimi arzularını reallaşdırdı və onun tamhüquqlu varisi olduğunu sübut etdi.

1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan çox ciddi problemlərlə üzləşmişdi. Azərbaycan xalqı etnik münaqişələrin yaradılması, separatçı hərəkatlar, dövlət çevrilişi cəhdləri, torpaqlarının beşdəbir hissəsinin işğalı, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi kimi çətinliklərlə üz-üzə qalmışdı. Xalqın taleyi və gələcəyi təhlükə altında idi. Məhz ümummilli lider Heydər Əliyevin güclü siyasi iradəsi, qətiyyətli liderliyi, müdrikliyi, strateji uzaqgörənliyi və xalqın ona dəstəyi bütün bu çətinliklərin öhdəsindən gəlməyə, ölkənin dirçəlişinə imkan yaratdı.

Cənab Prezident, son iki onillikdə Sizin rəhbərliyinizlə Azərbaycan mühüm uğurlara imza atıb, xüsusilə də ötən beş il ərzində böyük zəfərlər qazanılıb, ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Bu gün Azərbaycan xalqı heç vaxt olmadığı qədər güclü, qürurlu, daha parlaq gələcəyə inamla baxan bir xalqdır. Bütün ölkə ərazisində, o cümlədən azad edilmiş torpaqlarda misli görünməmiş bərpa və yenidənqurma işləri uğurla həyata keçirilir. Dinamik və inkişaf edən iqtisadiyyata malik Azərbaycan mühüm layihə və təşəbbüslər irəli sürüb həyata keçirməklə regional inkişaf və beynəlxalq əməkdaşlıq üçün mühərrik rolunu oynayır.

Getdikcə daha vacib regional və beynəlxalq aktora çevrilən, dünyada nüfuzu artan Azərbaycan Qoşulmama Hərəkatı, COP və digər bu kimi beynəlxalq təşkilatlarda, platformalarda liderliyi ilə sülhün, təhlükəsizliyin və dialoqun tərəfdarıdır. Beynəlxalq münasibətlər sisteminin hazırkı böhranlı vəziyyətində, beynəlxalq hüququn pozulduğu bir vaxtda Azərbaycan nümunəvi rol oynayaraq irili-xırdalı bütün xalqlar üçün dinc yanaşı yaşamağın norma və prinsiplərinə əsaslanan ədalətli dünyanın tərəfdarıdır.

Biz Azərbaycanın dost xalqlarımız və strateji tərəfdaşlarımız arasında regional əməkdaşlığın qurulmasında praqmatik, praktiki və nəticəyönümlü yanaşmaya önəm verməsi ilə GUAM-ın təsisçi üzvü kimi rolunu yüksək qiymətləndiririk. Qəti şəkildə inanırıq ki, GUAM sülh, təhlükəsizlik və əməkdaşlığın təşviqi üçün nadir və səmərəli regional platformadır. Strateji əhəmiyyəti getdikcə artan bu regionda qarşılıqlı faydalı əməkdaşlığımızın daha da gücləndirilməsini səbirsizliklə gözləyirik.

Zati-aliləri, bu bayram münasibətilə Sizə ölkənin daha da inkişaf etdirilməsi, müstəqilliyin və suverenliyin möhkəmləndirilməsi ilə bağlı fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına sülh, tərəqqi və firavanlıq arzulayırıq”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv