Xətai rayonunda 28 May – Müstəqillik Gününə həsr edilmiş bayram konserti təşkil olunub

Xətai rayonunda 28 May – Müstəqillik Gününə həsr edilmiş bayram konserti təşkil olunub






presstv

"Presstv"az #Ailə, #Azərbaycan, #Bakı, #Hakim, #Heydər Əliyev, #Müharibə, #Vətən müharibəsi, #Xətai Rayon İcra Hakimiyyəti, #Xətai rayonu, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Mayın 27-də Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Xətai Rayon İcra Hakimiyyətinin, YAP Xətai rayon təşkilatının və Bakı Baş Mədəniyyət idarəsinin təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr edilmiş bayram konserti təşkil olunub.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, millət vəkili Vüqar Rəhimzadə, rayon Ağsaqqallar şurasının sədri Mürvət Əsgərov, Vətən Müharibəsi qəhrəmanları Nizami Mövlanov, Anar Mirzəyev, Zaur Hüseynov, şəhid ailələri, qazilər, rayon hüquq- mühafizə orqanlarının rəhbərləri, müəssisə və təşkilatların, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi yad edilib.

Konsertdə bir çox məşhur incəsənət ustaları və gənc müğənnilərin ifasında ulu öndər Heydər Əliyevə, həmçinin müstəqil Azərbaycana həsr olunan vətənpərvər ruhlu mahnılar ifa edilib.

Böyük bayram təntənəsi və coşqu ilə keçən tədbirdə tanınmış incəsənət ustalarının və gənc müğənnilərin çıxışları rayon sakinləri tərəfindən rəğbətlə qarşılanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv