Yerin dərinliklərində gizli XƏZİNƏ

Yerin dərinliklərində gizli XƏZİNƏ






presstv

"Presstv"az #Almaniya, #Araşdırma, #Planet, #Yer kürəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yer kürəsində ən böyük qızıl ehtiyatları 3 000 kilometrdən çox dərinlikdə gizlənir.

Uzun illər hesab edilirdi ki, 4,5 milyard il əvvəl Yer kürəsinin nüvəsinə daxil olan qızıl və digər qiymətli metallar həmişəlik olaraq əlçatmaz qalacaq. Lakin hazırda Almaniyanın Qettinqen Universitetinin alimləri bu dərinliklərdəki xəzinələrin səthə çıxa biləcəyinə dair sübutlar tapıblar.

presstvaz xəbər verir ki, araşdırmanın nəticələri “Nature” jurnalında dərc olunub.

Geokimyaçılar Havay adalarının vulkanik süxurlarında ruteniumun 100Ru izotopunun qeyri-adi dərəcədə yüksək tərkibini aşkar ediblər. Bu element qızıl kimi əsasən planetin metal nüvəsində cəmləşir. Bu isə onu göstərir ki, nüvə sərhədindən metallar qaynar mantiya axınları ilə birlikdə həqiqətən də yuxarıya doğru qalxa bilir.

Tədqiqatçıların sözlərinə görə, Havaydakı vulkanik aktivlik qızıl və digər nadir metalların yerin dərinliklərindən maddə hərəkəti nəticəsində səthə çıxması ilə əlaqədar ola bilər.

Bu kəşf Yer nüvəsinin “germetikliyi” (tam təcrid olunması) ilə bağlı təsəvvürləri dəyişir. Məlum olub ki, nüvə tamamilə təcrid olunmayıb: onun tərkibindəki bəzi hissələr yuxarı təbəqələrə qalxa və hətta okean adalarının bir hissəsinə çevrilə bilər.

Müəlliflərin fikrincə, bu cür geoloji proseslər bu gün bizim üçün əlçatan olan qızıl və platin ehtiyatlarının bir hissəsinin əsas mənbəyi ola bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv