Luka Modriç karyerasını İtaliya A Seriyasında davam etdirə bilər

Luka Modriç karyerasını İtaliya A Seriyasında davam etdirə bilər






presstv

"Presstv"az #"Real Madrid", #ABŞ, #Avropa, #Futbol, #İspaniya, #Kanada, #Meksika, #Milan, #PSJ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Real Madrid”in yarımmüdafiəçisi Luka Modriçin klublararası dünya çempionatından sonra İspaniya klubundan ayrılacağı dəqiqləşsə də, karyerasını başa vurmaq niyyətində deyil.

presstvaz “AS” nəşrinə istinadən xəbər verir ki, o, Xorvatiya millisi DÇ-2026-ya vəsiqə qazanacağı halda həmin turnirdə iştirak etməyi planlaşdırır.

Modriç MLS klublarından təkliflər alıb. Dünya çempionatının ABŞ, Kanada və Meksikada keçiriləcəyini nəzərə alsaq, bu istiqamətdə davam etmək 39 yaşlı xorvat futbolçu üçün maraqlı ola bilər.

Digər tərəfdən, Modriç Avropada çıxışını davam etdirməyə də hazırdır. İddialara görə, təcrübəli oyunçuya “İnter” təklif göndərmək niyyətindədir. Milan klubu adətən yaşlı və təcrübəli futbolçuları heyətinə qatması ilə tanınır. Bildirilir ki, “İnter” Modriçə yalnız PSJ-yə qarşı keçirəcəyi Çempionlar Liqasının final matçından sonra rəsmi təklif göndərəcək.

Eyni zamanda, Luka Modriç iyun ayında “Real Madrid”lə klublararası dünya çempionatında iştirak edəcək, buna görə də danışıqlar yalnız iyulda başlaya bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv