Mbappe ilk dəfə “Qızıl buts” qazandı

Mbappe ilk dəfə “Qızıl buts” qazandı






presstv

"Presstv"az #"Real Madrid", #Avropa, #Fransa, #Futbol, #İngiltərə, #İspaniya, #Kilian Mbappe, #Məhəmməd Salah, #Misir

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Real Madrid”in fransalı hücumçusu Kilian Mbappe Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) daxil olan ölkə çempionatlarının ən yaxşı bombardirinə verilən “Qızıl buts” mükafatının qalibi olub.

presstvaz TASS-a istinadən xəbər verir ki, Mbappenin İspaniya çempionatında 31 qolu var (62 xal). Fransızı keçə biləcək sonuncu şəxs “Liverpul”un misirli hücumçusu Məhəmməd Salah olub ki, İngiltərə çempionatının son turunda “Kristal Pelas”la qarşılaşmada o, 4 qol vurmalı idi. Lakin futbolçu cəmi bir dəfə rəqib qapısına zərbə endirə bilib və turniri 29 qolla (58 xal) başa vurub.

Salah ilk üçlükdə sonuncu olub. “Qızıl buts”a iddialılar siyahısında ikinci yeri isə Portuqaliya çempionatında 39 qol vuran “Sportinq”in isveçli hücumçusu Viktor Qyokyeres tutub. Bununla belə, bu turnirdə vurulan hər qola görə 1,5 xal, İngiltərə və İspaniyada isə 2 xal verilir.

Qeyd edək ki, Mbappenin 26 yaşı var və o, ilk dəfə “Qızıl buts”u qazanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv