“Crocus City Hall”da insanları xilas edən məktəbliyə medal verildi

“Crocus City Hall”da insanları xilas edən məktəbliyə medal verildi






presstv

"Presstv"az #Cinayət işi, #Moskva vilayəti, #Rusiya, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Krasnoqorskda (Rusiya) 16 yaşlı məktəbli İslam Xəlilov Rusiya Fövqəladə Hallar Nazirliyinin “Yanğından xilas edilməsinə görə” medalı ilə təltif edilib.

presstvaz xəbər verir ki, bu barədə qurumun “Telegram” kanalında məlumat verilib.

Bu mükafat həyati təhlükə ilə bağlı vəziyyətlərdə cəsarət və fədakarlıq nümayiş etdirən insanlara verilir.

Terror aktı baş verən zaman “Verşina” təhsil mərkəzinin 9-cu sinif şagirdi “Crocus City Hall” ticarət mərkəzinin qarderobunda işləyib. Fövqəladə vəziyyətdə o, cəsarət və soyuqqanlılıq nümayiş etdirib, panikaya düşməyib və göstərişə uyğun olaraq insanları binadan təxliyyə edib.

Onun cəsarətli hərəkətləri sayəsində yanan ticarət mərkəzindən 100-dən çox insan xilas olub.

Xatırladaq ki, terror aktı 2024-cü il martın 22-də axşam saatlarında Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall” konsert zalında baş verib. “Piknik” qrupunun çıxışından əvvəl zala silahlı şəxslər daxil olaraq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar olub və yanğın başlayıb. Hücum nəticəsində 150 nəfərə yaxın adam həlak olub, 500-dən çoxu xəsarət alıb. İŞİD terror aktının məsuliyyətini öz üzərinə götürüb. Rusiya İstintaq Komitəsi “terror aktı” maddəsi üzrə cinayət işi açıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv