Dünya çempionatı: Özbəkistan millisinin üzvü Çad üzərində qələbəni dəyərləndirib

Dünya çempionatı: Özbəkistan millisinin üzvü Çad üzərində qələbəni dəyərləndirib






presstv

"Presstv"az #Bakı, #Futbol, #Minifutbol, #Özbəkistan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında qrup mərhələsinin III turunda Çadı məğlub edən Özbəkistan yığmasının futbolçusu Azizbek Temirov qələbəni dəyərləndirib.

presstvaz xəbər verir ki, o, “Report”a açıqlamasında 3:0 hesablı qələbəyə baxmayaraq görüşü çox çətin keçirdiklərini bildirib.

Matçın ən yaxşısı seçilən futbolçu növbəti qələbəni qazandıqları üçün şad olduğunu söyləyib:

“Üçüncü oyun bizim üçün mühüm idi. Görüşü çox çətin keçirdik. Buna baxmayaraq qələbə qazandıq. Komanda və mənim üçün sevindirici haldır. Komandamız yaxşı oyunçulardan təşkil olunub. Bu futbolçuların Özbəkistan yığmasını daha yüksək yerlərə daşıyacağına inanıram”.

“Təşkilatçılıq idealdır. Ab-hava, hər şey çox gözəldir”, – deyə futbolçu əlavə edib.

Qeyd edək ki, Özbəkistan millisi qrup mərhələsinin son turunda Çadı 3:0 hesabı ilə üstələyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv