Rusiyadan Ukraynaya amansız hücum – Kiyev sakinləri qorxunc hadisədən danışdılar

Rusiyadan Ukraynaya amansız hücum – Kiyev sakinləri qorxunc hadisədən danışdılar






presstv

"Presstv"az #Ballistik raket, #Hadisə, #Kiyev, #Rusiya, #Ukrayna, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Mayın 24-də gecədən səhərə qədər Ukraynanın paytaxtı Kiyev kütləvi hava hücumlarına məruz qalıb.

Belə ki, paytaxta üç tərəfdən edilən hava hücumu nəticəsində şəhərin beş rayonu ciddi zərər görüb.

Ümumilikdə ötən gecə səhərə qədər Ukraynaya 250-dən çox PUA, 15-ə qədər ballistik raketlə hücum edilib. Onların yarıdan çoxu isə paytaxt Kiyevə düşüb.

Ukrayna hava hücumundan müdafiə sistemləri bunların qarşısını alsa da, fəsadların, həmçinin ölən və yaralananların olduğu bildirilir.

Kiyev Hərbi Administrasiyasından verilən məlumata görə, təkcə paytaxtda 20-yə yaxın sakin yaralanıb, 2 nəfər həlak olub, 10-dan çox yaşayış binası məhv olub. Xeyli sayda mülki maşınlara zərər dəyib. Kiyevdən başqa Ukraynanın Sumı, Xarkov, Dnepropetrovsk və Zaporojye vilayətləri də zərbələrə məruz qalıb.

“Valideynlərim o an mənzildə idilər. Onlar içəridə bağlı qaldılar. Giriş qapısı açılmırdı. Zərbədən əyilibmiş. Bütün şüşələr dağılıb tökülmüşdü. Valideynlərim möcüzə ilə sağ çıxdılar. Çox qorxulu idi”, – Kiyev sakini Mariya İvanova söyləyib.

Daha ətraflı Baku TV-nin süjetində:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv