Kafedə araq məclisi qanla bitdi – TƏFƏRRÜAT

Kafedə araq məclisi qanla bitdi – TƏFƏRRÜAT






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Bıçaq xəsarəti, #Bıçaqlanma hadisəsi, #Cinayət işi, #Goranboy rayonu, #Hadisə, #Təcili Tibbi Yardım

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Goranboy rayonunda iki nəfərin bıçaqlanmasının təfərrüatı məlum olub.

presstvaz  Oxu.az-a istinadən bildirir ki,  hadisə rayonun Səfikürd kəndində yerləşən kafedə qeydə alınıb.

Kənd sakinləri olan 3 dost – 1985-ci il təvəllüdlü Zaur Muradov, 1987-ci il təvəllüdlü Mail Məmmədov və 1981-ci il təvəllüdlü Vüsal Sarıyev kafeyə gələrək orada çörək yeyiblər. Onlar kafedə 2 litrdən artıq araq içiblər. Daha sonra Zaur Muradov Vüsal Sarıyevə söyüşlə zarafat edib. Bu vaxt V.Sarıyev sərxoş vəziyyətdə olduğundan zarafatı qəbul etməyib və kafedən götürdüyü bıçaqla Zaur Muradova xəsarət yetirib. Hadisə zamanı onları ayırmaq istəyən Mail Məmmədov V.Sarıyevi kafedən çıxarmaq istəyərkən sonuncu onu da bıçaqlayıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər, V.Sarıyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

20:13

Goranboyda bıçaqlanma hadisəsində yaralanan şəxslərin son vəziyyətləri açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) presstvaz-ın sorğusuna cavab olaraq bildirilib ki, 24.05.2025-ci il tarixində saat 02:25 və 13:20-də 2 nəfər (kişi cinsli) Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1985-ci il təvəllüdlü şəxsə kürək və bel nahiyəsinin kəsilmiş yarası, 1987-ci il təvəllüdlü şəxsə isə sol boyun nahiyəsinin kəsilmiş yarası diaqnozu təyin edilib.

Hər iki şəxsə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən hər biri ambulator müalicə üçün evə buraxılıb.

17:45

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

presstvaz APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Səfikürd kəndində yerləşən kafedə qeydə alınıb.

Kənd sakinləri – 1985-ci il təvəllüdlü Z.Muradov və 1987-ci il təvəllüdlü İ.Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

Araşdırma zamanı məlum olub ki, onlar mübahisə zəminində 1981-ci il təvəllüdlü V.Sarıyev tərəfindən bıçaqlanıblar.

Faktla bağlı araşdırma aparılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv