Xalq artisti Fuad Poladovun doğum günüdür

Xalq artisti Fuad Poladovun doğum günüdür






presstv

"Presstv"az #Aktyor, #Azərbaycan, #Bakı, #Orta məktəb, #Qurd qapısı, #Təhsil, #Vəfat edib

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanın görkəmli teatr və kino aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin parlaq nümayəndələrindən biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı, Azərbaycan SSR Xalq artisti Fuad Poladovun anadan olmasından 77 il ötür.

presstvaz xatırladır ki, Fuad Poladov 1948-ci ildə Bakıda doğulub. 132 saylı orta məktəbi bitirib.

O, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Ədil İsgəndərovun aktyorluq studiyasını bitirib. 1967-72-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb.

Sənətə 1966-cı ildə “İstintaq davam edir” filmində çəkildiyi “Səlim” rolu ilə gəlib. Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən İlyas Əfəndiyevin Akademik Milli Dram Teatrında hazırlanan “Məhv olmuş gündəliklər” pyesinin tamaşasında “Savalan” rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da baş tutan tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. Həmin vaxtdan 1989-cu ilə qədər Akademik Milli Dram Teatrının truppasında çalışıb. 1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub.

Xalq artisti “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Dolu”, “Qara “Volqa”, “Qayınana” filmlərində (ümumilikdə 44 filmdə), “Şah Qacar”, “Qılınc və qələm”, “Yağışdan sonra”, “Mirzə Şəfi”, “Müsyö Jordan və dərviş Məstəli şah”, “İblis”, “Qara dəlik” və sair tamaşalarda rollar alıb.

Sonralar Fuad Poladovun səs tellərində problem yaranıb və danışmaqda çətinlik çəkib. O, bir müddət Milli Onkologiya Mərkəzində müalicə alıb. Aktyor 4 may 2018-ci ildə vəfat edib. Fuad Poladov “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv