Dieqo Simeone və xanımı Yanukoviçin keçmiş müşavirinin QƏTL ANINI GÖRÜBLƏR

Dieqo Simeone və xanımı Yanukoviçin keçmiş müşavirinin QƏTL ANINI GÖRÜBLƏR






presstv

"Presstv"az #ABŞ, #Ailə, #Argentina, #Avropa, #Futbol, #Hadisə, #Hakim, #İspaniya, #İspaniyanın, #Prezident Administrasiyası, #Təhsil, #Ukrayna, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Madridin “Atletiko” futbol klubunun baş məşqçisi Dieqo Simeone və onun həyat yoldaşı Karla Pereyra Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin sabiq müşaviri Andrey Portnovun səs-küylü qətlinin bilmədən şahidi olublar.

presstvaz-ın xəbərinə görə, bu barədə İspaniyanın “El Espanol” nəşri məlumat verib.

Qeyd edək ki, faciəli hadisə Madridin elit şəhərətrafı ərazisi olan Posuelo-de-Alarkondakı nüfuzlu ABŞ məktəbinin bilavasitə yaxınlığında baş verib. Bu təhsil ocağında məşhur argentinalı məşqçinin qızları Françeska və Valentina Simeone, həmçinin Portnovun özünün övladları təhsil alırlar.

“Bu, hamımız üçün çox ağır idi. Zərərçəkmiş ailələrə daha çox hörmət göstərilməsini xahiş edirəm. Həqiqət budur ki, uşaqlara qayğı göstərmək və onları qorumaq bizim üçün vacibdir”, – deyə Karla Pereyra bildirib.

Xatırladaq ki, mayın 21-də baş verən qətl təkcə İspaniyada deyil, beynəlxalq ictimaiyyətdə də geniş rezonans doğurub. Ukraynanın tanınmış hüquqşünası və siyasi xadimi Andrey Portnov Viktor Yanukoviçin hakimiyyəti dövründə (2010-2014) Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsində çalışıb. 2014-cü il hadisələrindən sonra Portnov Ukraynanı tərk edərək Avropada yaşayıb.

İspaniya hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayəti törədən şəxslər hələ də müəyyən edilməyib və axtarışdadırlar. İstintaq davam edir, qətlin motivləri ilə bağlı müxtəlif versiyalar, o cümlədən siyasi motivlər nəzərdən keçirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv