Lüks avtomobillər su qiymətinə – BMW, "Mercedes" və "Toyota" 1 200 manatdan…

Lüks avtomobillər su qiymətinə – BMW, "Mercedes" və "Toyota" 1 200 manatdan…






presstv

"Presstv"az #Avto, #avtomobillər, #Bakı, #Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX), #Hərrac, #Hyundai, #İqtisadiyyat Nazirliyi, #Nəqliyyat, #Toyota, #Toyota Camry

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyulun 10-da növbəti dəfə avtomobil hərracı keçirəcək.

presstvaz bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca 27 nəqliyyat vasitəsi çıxarılacaq.

Bunlar, Dövlət Ehtiyatları Agentliyinə məxsus "Nissan Maxima", "BMW 525I", "Chevrolet Niva" (4 ədəd), "Mercedes Benz E240" və "Hyundai Sonata", Mərkəzi Seçki Komissiyasına məxsus "Nissan Sunny", "Volkswagen Jetta", "Toyota Camry" və "Chrysler", Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsus "Chevrolet Niva" (13 ədəd), "VAZ 2106" və "QAZ-31105-801" markalı minik avtomobilləridir.

Avtomobillərin buraxılış illəri 2000-2013-cü illər, start qiyməti 1 200 – 14 500 manatdır. Bunun 10 %-i beh kimi ödənilməlidir.

Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Nəqliyyat vasitələri barədə ətraflı məlumatı auksion.gov.az saytından almaq olar. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv