Anar Axundov: “Risk əsaslı nəzarət sistemlərinin gücləndirilməsi diqqət mərkəzindədir”

Anar Axundov: “Risk əsaslı nəzarət sistemlərinin gücləndirilməsi diqqət mərkəzindədir”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #İqtisadiyyat Nazirliyi, #İsrail, #Latviya, #Pakistan, #Süni intellekt, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə Azərbaycanın əsas prioritetlərindəndir”.

presstvaz xəbər verir ki, bunu “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu, vəzifələri və məsuliyyəti” adlı beynəlxalq elmi-praktik konfransda iqtisadiyyat nazirinin müavini Anar Axundov deyib.

Onun sözlərinə görə, bu kimi tədbirlər beynəlxalq təcrübənin paylaşılması, qarşılıqlı etimadın gücləndirilməsi və birgə fəaliyyət imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır:

“Maliyyə cinayətləri, xüsusilə də əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi yalnız iqtisadi deyil, həm də ictimai və milli təhlükəsizliyə ciddi təhdidlər yaradır. Bu təhdidlərin qarşısının alınması üçün effektiv milli nəzarət mexanizmləri ilə yanaşı, beynəlxalq əməkdaşlığın gücləndirilməsi zəruridir”.

Nazir müavini qeyd edib ki, Azərbaycan hökuməti bu istiqamətdə mütərəqqi islahatlar həyata keçirir, beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir və qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində addımlar atır.

Bununla yanaşı, rəqəmsal texnologiyaların, süni intellektin və risk əsaslı nəzarət sistemlərinin gücləndirilməsi də diqqət mərkəzindədir.

“İqtisadiyyat Nazirliyi olaraq kölgə iqtisadiyyatının həcminin azaldılması və qeyri-rəsmi dövriyyələrin şəffaf iqtisadi mühitə inteqrasiyası üçün ardıcıl tədbirlər həyata keçiririk”, – deyə A.Axundov vurğulayıb.

O bildirib ki, tədbirdə İsrail, Latviya və Pakistanın nümayəndələrinin iştirakı ilə təcrübə mübadiləsi də nəzərdə tutulub. Nazir müavininin sözlərinə görə, bu təşəbbüs bilik paylaşımı və kompleks tədbirlərə qarşı effektiv cavab mexanizmlərinin formalaşdırılması baxımından vacibdir:

“Konfrans çərçivəsində risk əsaslı nəzarət, auditor və vergi xidmətlərinin rolu, maliyyə təhlilinə əsaslanan istintaq yanaşmaları kimi mövzular müzakirə olunacaq. Bu müzakirələr təkcə mütəxəssislər üçün deyil, həm də siyasət formalaşdırıcıları üçün ciddi düşüncə mövzusu olmalıdır”


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv