Ailənin yeganə övladı iki ağır xəstəlikdən əziyyət çəkir: Röyalın yaşaması üçün dəstəyə ehtiyacı var

Ailənin yeganə övladı iki ağır xəstəlikdən əziyyət çəkir: Röyalın yaşaması üçün dəstəyə ehtiyacı var






presstv

"Presstv"az #Ailə, #Həkim, #Təcili Tibbi Yardım

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

17 yaşlı Röyalın dəstəyə ehtiyacı var.

presstvaz bildirir ki, bu barədə Oxu.Az-a onun anası Gülbahar Əsgərova məlumat verib.

O bildirib ki, övladı beta-talassemiya və pnevmoniya xəstəliyindən əziyyət çəkir:

“Röyal üç il əvvəl vərəmli meningit keçirib, elə üç ildir görmə qabiliyyətini tamamilə itirib. Bundan əlavə, o, beta-talassemiya xəstəsidir. Ayda iki dəfə qan köçürülür, müxtəlif ağır dərmanlar qəbul edir. Dünən Röyalın halı pisləşdiyi üçün təcili tibbi yardım çağırdıq. Həkim Röyalın ürəyində problem olduğunu və həkimə aparmalı olduğumuzu dedi. Bu gün ona görə Röyalı təkrar həkim müayinəsinə aparacağıq”.

Gülbahar Əsgərova Röyalın onun yeganə övladı olduğunu qeyd edib:

“Röyal mənim tək övladımdır. İkinci dəfə ana olmaq şansım yoxdur, çünki özüm də ağır əməliyyat keçirmişəm. Atası ağır xəstədir, anam isə yataq xəstəsidir. Təkcə Röyalın pensiyası ilə dolanmağa çalışırıq. Röyal mənim yeganə ümid yerimdir, ondan başqa heç kimim yoxdur. Ona nəsə olsa, “ana” kəlməsinə həsrət qalaram. O qədər həyat dolu uşaq idi ki, indi ağrılarına görə balamın üzü belə gülmür. İnanın, vəziyyətimiz o qədər ağırdır ki, Röyal günlərdir dönər istəyir, onu belə ala bilmirəm. Röyalın müalicəsi üçün 1000 manata ehtiyacımız var. Yardımsevər insanlardan bizə dəstək olmağı, övladımı bu çətin vəziyyətdən qurtarmaq üçün kömək olmağı xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 486-20-09.

“Kapital Bank”: 4169 7385 3638 0284.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv