İstehsal ilə məşğul olan sahibkarlar KOB Model Müəssisənin təlimlərinə dəvət olunur

İstehsal ilə məşğul olan sahibkarlar KOB Model Müəssisənin təlimlərinə dəvət olunur






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sahibkarlar qənaətli istehsal, resurslardan və xammaldan səmərəli istifadə, məhsulun düzgün saxlanılması, istehsal prosesinin və vaxtın optimallaşdırılması və s. ilə bağlı öyrəndiklərini Model Müəssisədə təcrübədən keçirə biləcəklər.

İstehsal ilə məşğul olan sahibkarlar Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən KOB Model Müəssisədə keçirilən təlimlərə dəvət olunurlar. Təlim proqramı ilə sahibkarlar qənaətli istehsal, resurslardan və xammaldan səmərəli istifadə, hazır məhsulun düzgün saxlanılması, istehsal prosesinin və vaxtın optimallaşdırılması, işçi qüvvəsinin istehsal prosesində bərabər paylaşdırılması, rəqabət qabiliyyətliliyə dair bacarıqlarını artırmaqla müasir biliklərə yiyələnəcək və öz müəssisələrində tətbiq edə biləcəklər. Sahibkarlara təlimlərdə öyrəndikləri nəzəri bilikləri KOB Model Müəssisədə yerləşən müasir avadanlıqlarda sınaqdan keçirmək imkanı da yaradılıb.

Təlimlər aşağdakı mövzuları əhatə edir:

– Dəyər, məsrəf və sahədə itki

– ΚΡΙ-ΚΑΙ

– Standartlaşdırma

– Vaxtın ölçülməsi və müşahidə metodları

– 5S strategiyası

– Kaizen sistemi

– SMED

– Poka-Yoke, Jidoka

– JIT – Sinxronizasiya

– İtələmə-çəkmə sistemləri

– İdarəetmə strategiyası və davamlı inkişaf

Qeyd edək ki, KOB Model Müəssisə istehsal sahəsində fəaliyyət göstərən sahibkarlara dəstək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən yaradılıb. Model müəssisənin bütün xidmətləri ödənişsizdir. Sahibkarlar KOB Model Müəssisəsinin imkanlarından faydalanmaq üçün KOBİA-ya birbaşa (info@smb.gov.az və ya www.smb.gov.az saytının “Agentliyə birbaşa müraciət” bölməsi), eləcə də model müəssisənin sosial media hesabları vasitəsilə müraciət edə bilərlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv